“Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların tezliklə cəzalandırılmasını tələb edirik”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycanın İrandakı səfirliyinə silahlı hücuma dair paylaşımında deyilir.
“Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir”, - Prezident İlham Əliyev qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
"Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram" - Prezident
Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını açıqlayıb.
Bizim.Media