“Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkəni Vyana Konvensiyasını həyata keçirməyə çağırırıq”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə tviterdə yazıb.
O bildirib ki, bu, son 2 ildə Azərbaycanın diplomatik missiyalarına 5-ci hücumdur.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:41 / 27.01.2023
Azərbaycanın NATO-dakı nümayəndəsi: “Son 2 ildə diplomatik missiyalara 5 dəfə hücum olub"
Hazırda oxunan: Azərbaycanın NATO-dakı nümayəndəsi: “Son 2 ildə diplomatik missiyalara 5 dəfə hücum olub"
Hazırda oxunan: Azərbaycanın NATO-dakı nümayəndəsi: “Son 2 ildə diplomatik missiyalara 5 dəfə hücum olub"
116947
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.