“İrana “atom bombası verən” Duqin reallıq hissini itirib” – Tofiq Abbasov

Hazırda oxunan: “İrana “atom bombası verən” Duqin reallıq hissini itirib” – Tofiq Abbasov

116837

Rus mütəfəkkiri Aleksandr Duqin bildirib ki, Almaniyanın Ukraynaya “Leopard” tankının göndərilməsinə cavab olaraq Putin Venesuela və Kubaya silah göndərməli, İrana atom bombası verməlidir. 

Bu barədə İsrail kəşfiyyatına yaxın “Terror Alarm” adlı "Twitter" hesabında məlumat yayılıb. 

Məlumata əsasən, A.Duqin deyib: "Almaniyanın Ukraynaya “Leopard” tankının göndərilməsi ilə bağlı razılaşmaya cavab olaraq Putin Venesuela və Kubaya silah göndərilməsi barədə əmr və İrana atom bombası verməlidir".

Qeyd edək ki, A.Duqin İranın atom silahına malik olması tərəfdarı kimi çıxış edir. O hələ 2021-ci ildə də İranın özünü müdafiə etmək üçün atom bombası yaratmalı olduğunu deyib. 

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Duqin reallıqdan uzaq düşüb və onun bu sayaq fikirləri dünyanı yeni təhlükələrlə üz-üzə qoymaq cəhdidir:

“Bu elə bir axmaq fikirdir ki, onu dəyərləndirməyə yer də yoxdur. Bütün dünya atom və nüvə silahları üzərində məhdudiyyət qoyulması, onların aradan qaldırılması tərəfdarı kimi çıxış edir. Kütləvi silahların yayılmamasına imza atan bütün dövlətlər birgə səylərlə bu prosesin qarşısını almaq üçün üzərlərinə müəyyən öhdəlik götürüblər. Bu fonda Duqin kimi birisi İrana atom silahının verilməsi kimi sərsəm fikirlər səsləndirirsə, deməli bu adam reallıqdan uzaq yerlərdədir.

Onun bu sayaq açıqlaması dünyanı faktiki olaraq, yeni təhlükələrlə üz-üzə qoymaq cəhdidir. İran da MAQATE-nin üzvüdür.

Onun tələblərindən biri odur ki, İsrail dövləti guya nüvə silahı daşıyıcısı olduğundan MAQATE-nin sənədlərinə imza atmır. Dünya birliyi kütləvi silahların əldən-ələ keçməməsində, nüvə silahı sınaqlarını keçirənlərin bu fəaliyyəti dayandırmasında maraqlıdır. Duqinin hnsı məntiqdən irəli gələrək bu fikri səsləndirdiyini söyləyə bilmərəm. Amma çox mənfur fikirdir və heç zaman dəstək pata bilməyəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin