“Avropa İttifaqı Ermənistana missiya göndərmək üçün pul axtarır” – SABİQ NAZİR

Hazırda oxunan: “Avropa İttifaqı Ermənistana missiya göndərmək üçün pul axtarır” – SABİQ NAZİR

116608

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhəd ərazilərinə 2 il müddətinə mülki missiya göndərəcəyini açıqlayıb. Lakin həmin missiyanın fəaliyyəti müddətində zəruri xərclərin kim tərəfindən qarşılanacağı məsələsi qeyri-müəyyən olaraq qalmaqdadır. 

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Azərbaycanın Bosniya və Hersoqavinadakı fövqəladə və səlahiyyətli səfiri, sabiq xarici işlər naziri Vilayət Quliyev sosial şəbəkə hesabında fikirlərini bölüşüb.

“Avropa Birliyinin Ermənistana göndərəcəyi 200 nəfərlik monitorinq missiyasının ilk dörd aylıq xərci 8 milyon avro təşkil edəcək və təbii ki, bu pul missiyaya qatılan dövlətlərin vergi ödəyicilərinin cibindən çıxacaq”, - deyə diplomat qeyd edib.

Vilayət Quliyev Aİ-nin missiyada iştirak edəcək ölkələrin axtarışına çıxdığını da bildirib:

“Vəziyyəti belə görən Aİ birlik üzvü olmayan Avropa ölkələrini də missiyada iştirakla "şərəfləndirməyə" çalışır. Bir şərtlə ki, onlar göndərəcəkləri personalın bütün xərclərini (maaş, yol pulu, sığorta, ölkə daxilindəki hərəkət, yemək və  digər xərclər) öz üzərlərinə götürsünlər.

Görək necə olacaq? Onlar get-gedə mənasız və dilənçi psevdodövlətə çevrilən Ermənistanın xətrinə vətəndaşlarının cibinə girəcəklərmi?”

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin