Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın Laçın yolu ilə bağlı dediklərinə cavab verib.
Bizim.Media xəbər verir ki, XİN rəsmisinin Tvitter paylaşımında deyilir:
“Hörmətli Dövlət Departamentinin sözçüsü, Azərbaycanın Qarabağ bölgəsinə 1000-dən çox avtomobilin yük daşıması sizin yanvarın 24-də dediklərinizin əksini sübut edir. Ermənistan tərəfini öz öhdəliklərini yerinə yetirməyə və qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi”.
Qeyd edək ki, Prays açıqlamasında ABŞ-ın Laçın yolundakı vəziyyətdən narahat olduğunu bildirib. Onun sözlərinə görə, yolda maneələrin olması ərzaq, yanacaq və dərman çatışmazlığına səbəb olur.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:45 / 25.01.2023
Azərbaycan XİN sözçüsü Ned Praysa cavab verdi
Hazırda oxunan: Azərbaycan XİN sözçüsü Ned Praysa cavab verdi
Hazırda oxunan: Azərbaycan XİN sözçüsü Ned Praysa cavab verdi
116575
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.