“Qərbi Azərbaycanlılar öz torpaqlarına qayıdıb hüquqlarını bərpa edəcəklər” - DEPUTAT

Hazırda oxunan: “Qərbi Azərbaycanlılar öz torpaqlarına qayıdıb hüquqlarını bərpa edəcəklər” - DEPUTAT

116447

Bu gün Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın öz dədə-baba torpaqlarından sonuncu sürülməsindən 35 il keçir. 35 il əzdində heç bir beynəlxalq təşkilat və insan hüquqları təsisatları bu barədə bir kəlmə də olsun danışmayıb.

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Millət vəkili Məlahət İbrahimqızı bu hadisələrin siyasi motivləri haqqında Bizim.Media-ya danışıb:

“Əgər bu gün biz davamlı sülhdən danışırıqsa onda vaxtilə didərgin düşmüş 300 mindən artıq insanın Ermənistan vətəndaşı kimi yaşamaq hüququ və öz torpaqlarına qayıtmaq istəyi təmin edilməlidir.
Bizim bu istəyimizdə heç bir qanundankənar hərəkət yoxdur. Bu istər Cenevrə konvensiyası olsun, istərsə də  beynəlxalq təşkilatların bu məsəlğ ilə bağlı qəbul etdikləri sənədlərin   tələblərinə tam uyğundur”.

Millət vəkili qeyd edib ki, 1988-89-cu illərdə ermənilərin etnik təmizləmə siyasəti nəticəsində 300 mindən artıq Azərbaycanlı dədə-baba ocaqlarından didərgin düşdü:

“Doğrudur o insanların demək olar ki, hamısı Azərbaycana gəldi. Azərbaycan dövləti onlara qucaq açdı. Amma bu insanların tapdanmış hüquqları 35 ildir ki, bərpa olunmur. Çox təəssüf ki, dünyanın aparıcı dövlətləri və Beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana lazımı səviyyədə təsir göstərmir. Amma bu bizi qətiyyən ruhdan salmır. Biz sülh yolu ilə, danışıqlar yolu ilə beynəlxalq hüquqa söykənərək haqlı mübarizəmizi sona qədər-hədəflərimizə çatana qədər davam etdirəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin