Avropa Parlamenti azərbaycanlı rəsmiləri niyə iclasa dəvət etmir? – Səfirdən açıqlama

Hazırda oxunan: Avropa Parlamenti azərbaycanlı rəsmiləri niyə iclasa dəvət etmir? – Səfirdən açıqlama

116206

Bu gün Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin iclası keçiriləcək. İclasda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan çıxış edəcək. Azərbaycan tərəfi isə iclasa dəvət olunmayıb.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov apa.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə keçirilmiş son seçkilərdən sonra Avropa Parlamenti xeyli radikallaşıb, populistlərin sayı xeyli artıb.

Azərbaycan diplomatı qeyd edib ki, qatı solçular və sağçılar demək olar Avropa Parlamentinin intellektual və peşəkarlıq səviyyəsini gözəçarpan dərəcədə aşağı salıb.

“Avropa Parlamentinin qəbul etdiyi sənədlər tövsiyə xarakteri daşıdığına görə, Avropa İttifaqının icraedici qurumları onları ciddi qəbul etmir, amma müəyyən dərəcədə də parlamentarilərdən ehtiyat edərək çəkinirlər. Din və irqçilik zəminində ermənilərin burada dostların sayı böyükdür. Azərbaycanın, eləcə də Türkiyənin güclənməsi bunları çox narahat edir. Fransaya gəldikdə, onların sayı və imkanları burada çoxdur.

Fransanın son zamanlar bizə qarşı nümayiş etdirdiyi açıq düşmənçilik siyasəti burada açıq şəkildə görünür.

Xarici əlaqələr komitəsinin rəhbərinə görüşlərimiz zamanı dəfələrlə bildirmişik ki, komitədə çıxış etməyə hazırıq: tək və ya ermənilərlə birgə. Səməd Seyidov da dekabrda burada görüşdə onlara bu barədə müraciət edib. Cavab vermədilər. Adətən komitə istədiyi adamları iclaslara dəvət edir.
Ya özləri ermənini dəvət ediblər, ya da o, özü müraciət edib, bilmirəm - hər iki halda komitənin mövqeyi tənqidə layiqdir, çünki Azərbaycan barədə erməni ilə söhbət aparırlar, amma bizi dəvət etməyiblər. Bununla bağlı Səməd Seyidov komitənin sədri David McAllisterə keçən həftə yazılı müraciət edib, amma cavab yoxdur”, - Vaqif Sadıqov qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin