QURAN kitabdır, adam kitabı niyə yandırsın ki? – İsveçdə baş verənlər hadisələri HARA APARACAQ?

Hazırda oxunan: QURAN kitabdır, adam kitabı niyə yandırsın ki? – İsveçdə baş verənlər hadisələri HARA APARACAQ?

116192

İveçdə “Qurani-Kərim”in yandırılması dünyada yeni gündəm yaratdı. Təkcə İsveçin bir neçə şəhərində antiislam aksiyasına cavab olaraq kütləvi iğtişaşlar üç gündür davam edir. Çox guman ki, bu ixtişaşlar hələ bir müddət davam edəcək və digər Avropa dövlətlərinə də keçəcək.

“Qurani-Kərim”in yandırılması nəyə hesablanıb?

Quran əlbəttə ki, kitabdır. Kitaba önəm verən Avropada bu aksiya niyə icra olunur? Avropa yaxşı bilir ki, Quran müsəlman aləmi üçün müqəddəs kitabdır. Onda Şərqin damarına basmaqda Qərbin məqsədi nədir?

Məsələyə soyuq başla və diqqətlə yanaşanda bir sıra maraqlı suallar ortaya çıxır. 

Birincisi, Danimarkanın ifrat sağçı “Ştram kurs” partiyasının lideri Rasmus Paludan niyə bu addımı öz ölkəsində deyil, İsveçdə atıb?

İkincisi, bu bədnam aksiya niyə məhz Türkiyənin Stokholmdakı səfirliyi qarşısında keçirilib?

Üçüncüsü, İsveç polisi bu aksiyaya niyə şərait yaradıb?

Əslində, bu sualları oxuyarkən belə aydın olur ki, bu məqsədyönlü və planlaşdırılmış bir addımdır. Və hədəf də məlumdur.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan XİN Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti pislədi


Bildiyimiz kimi İsveçin NATO-ya üzvlük məsələsi hazırda gündəmdədir. Türkiyə isə bu ölkənin NATO-ya üzv olmaması üçün müəyyən tələblər irəli sürmüşdü. Sonda Qurum rəhbərliyinin təzyiqləri ilə İsveç höküməti Türkiyənin tələblərini yerinə yetirmək zorunda qalmışdı. Türkiyənin bu diplomatik uğuru təkcə Avropada deyil, bütün dünyada səs-küy yaratmışdı. Çoxları Türkiyənin bu qədər güclənməsini və NATO-da söz sahibi olmasını həzm edə bilmir. Ona görə də Avropanın radikal siyasi qüvvələri öz nifrətlərini bu və ya digər şəkildə ifadə edirlər.
Şeytan göz qabağındadır

Ekstremist sağçı partiya “Ştram Kurs”un sədri Rasmus Paludanın “Qurani-Kərim”i İsveçdəki Türkiyə səfirliyinin qarşısında yandırması birbaşa təxribat xarakteri daşıyır.

Danimarkalı “siyasətçi” bu hərəkəti ilə həm Türkiyəni təxribata çəkmək istəyib, həm də Türkiyə ilə İsveç arasındakı son razılaşmanı pozmağa çalışıb. Və təbii ki, İsveçdəki müxalif qüvvələr də danimarkalının bu addımına dolayısı ilə dəstək verib. Ona görə də dinc “aksiya” polisin birbaşa nəzarəti altında keçib.

Çünki, İsveçin NATO-ya üzv olması 30 illik həsrətin uğurlu sonluğu ola bilər. Bu da İsveçin indiki iqtidarının uğuru kimi qiymətləndirilə bilər. Bu isə ölkədəki müxalifəti heç cür məmnun edə bilməz. Ona görə də İsveçin daxilindəki hakimiyyətə iddialı qüvvələri Avropanın radikal qüvvələri ilə birləşərək bu təxribata əl atıblar.

Müsəlman miqrantlara hücum hazırlanır

Məqsədsə həm İsveçin NATO-ya gedən yolunu kəsmək, həm də Tükiyəni, dolayısı ilə islam dünyasını təxribata çəkməkdir. Məlum olduğu kimi Avropa dövlətləri islam miqrantlardan xeyli əziyyət çəkir. Və bu cür təxribatlar da həmin miqrantları və daimi olaraq Avropada yaşayan müsəlmanları hərəkətə gətirir. Və etirazların qeyri-sivil yolları isə düşmən dəyirmanına su tökür.

Və yəqin ki, müsəlmanların bu etriaz aksiyalarından sonra Avropada miqrant ovu başlayacaq. Eləcə də Türkiyəyə qarşı çox böyük kampaniyaya start veriləcək.
Bəs Türkiyə proseslərə necə reaksiya verəcək? Bunu isə yaxın zamanlarda görəcəyik...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin