Mikayıl Cabbarov bir sıra dövlət şirkətlərini tənqid etdi: “Pis fəaliyyət göstərirlər”

Hazırda oxunan: Mikayıl Cabbarov bir sıra dövlət şirkətlərini tənqid etdi: “Pis fəaliyyət göstərirlər”

11614

"Bir sıra dövlət şirkətinin bugünkü fəaliyyəti günün tələblərinə uyğun deyil, bir sıra hallarda isə idarəetmənin effektivliyi aşağıdır."

Bizim.Media xəbər verir ki, bunu "Postpandemiya dövründə vergi sistemi" mövzusuna həsr olunan konfransda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, sözügedən şirkətlərin xərclərinin, tender prosedurlarının şəffaflığı tam təmin edilməyib.

M. Cabbarov qeyd edib ki, büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynamalı olduğu halda, bir çox hallarda dövlət şirkətləri zərər ilə çalışırlar: 

"Bu sahədə artıq ciddi islahatlar həyata keçirilir. Dövlət şirkətlərinin effektivliyinin artırılması və onların ciddi bazar dəyərinə çatdırılmasına nail olunmalıdır.

Dövlət şirkətlərinin borclanmalarına nəzarətin gücləndirilməsi, dövlət büdcəsinə divident ödənişlərinin artırılması hədəf kimi qarşımızda durur və 2020-ci ildə yaradılmış Azərbaycan İnvestisiya Holdinqi hazırda bu istiqamətdə çalışır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin