ABŞ-dan Qorbaçova ünvanlanan MƏKTUB – Qızıl Orduya Bakıya hücum əmrinin verilməsinin PƏRDƏARXASI

Hazırda oxunan: ABŞ-dan Qorbaçova ünvanlanan MƏKTUB – Qızıl Orduya Bakıya hücum əmrinin verilməsinin PƏRDƏARXASI

115818

20 Yanvar qətliamından 33 il keçsə də, baş verənlərin pərdəarxası ilə bağlı bəzi mətləblər hələ yeni-yeni gün üzünə çıxmağa başlayır. Öz gizliliyini qoruyan məqamlardan biri də SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçova Bakıya hücum əmrindən bir neçə gün əvvəl gələn məktub idi.

Bizim.Media xəbər verir ki, tarixçi alim Zaur Əliyev 1990-ci il yanvarın 17-də ABŞ Konqresinin bir neçə nümyəndəsinin Qorbaçova ünvanladığı müraciətdən bəhs edib.
 

MÖVZU İLƏ BAĞLI:

20 YANVAR Azərbaycanda Ümumxalq Hüzn Günüdür


Müraciətdə yazılanlar isə həmin dövrlə bağlı bir sıra qaranlıq məqamlara aydınlıq gətirir. 

Müraciətdə yazılıb:

"Biz erməni azlıqların qətlinin, o cümlədən bu regionda digər zorakılıq hallarının qarşısının alınması üçün sizdən bütün zəruri tədbirlərin görülməsini xahiş edirik. Vətəndaş sülhünün bərpa olunması ilə yanaşı, ümid edirik ki, öz vətəninə getmək istəyi olan ermənilərin bu regiondan təhlükəsiz köçməsini təmin etmək də Sovet rəhbərliyinin məqsədi olacaq. Ümid edirik ki, siz həmçinin bir çox amerikalı və digər əcnəbilərin işləməyə davam etdikləri zəlzələ zonasında Qarabağ və Ermənistanın iqtisadi blokadasını aradan qaldıracaqsınız.

zərbaycan əhalisinin dəhşətli dərəcədə hiddətlənməsi 160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini bir daha önə çəkir. 70 il ərzində Azərbaycan hökuməti yalnız region əhalisinin mədəni hüquqlarını məhdudlaşdırmağa, habelə region əhalisinin 60 faizini təşkil edən Dağlıq Qarabağ ermənilərinin iqtisadi diskriminasiyasına nail olub. 

Biz sizdən təkidlə xahiş edirik ki, baş verən faciəni Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll edəsiniz".

Müraciəti ermənipərəst senator, 907-ci düzəlişin müəlliflərindən olan Con Kerri ilə yanaşı, senatorlar Pit Uilson, Pols Seymak, Larri Breksler, Kleyborn Pell kimi şəxslər də imzalayıblar.
Zaur Əliyev qeyd edib ki, yanvarın 19-da Moskvada ABŞ Senatının xarici işlər üzrə alt komissiyasının sədri, senator Kleyborn Pell SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze ilə görüşüb.

Söhbət əsnasında K.Pell deyib ki, Sovet rəhbərliyi Azərbaycana "erməni Qarabağ"ı üzərində gələcək nəzarəti həyata keçirməyə imkan verməməlidir: 

"Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də erməni talanlarından son dərəcə sarsılmışam. Sovet hökuməti erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet hökuməti, həmçinin Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmalıdır. Dağlıq Qarabağ üzərində gələcək nəzarəti Azərbaycanın əlində saxlamasına icazə vermək vəziyyəti daha da gərginləşdirmək deməkdir".

Tarixçinin sözlərinə görə, bu məktubun yazılma tarixi və müraciət bir fikrə gəlməyə əsas verir: 

“Moskva Amerikanın təkidi ilə Bakıya qoşun yeridərək ermənilərin qısasını alıb. Faciənin əsas günahkarları tək Moskva deyil. Vaşinqton da eyni dərəcədə günahkardır. Bu işin icra olunması Amerikada erməni lobbisi və Moskvada oturan ermənipərəst vəzifələrin sayəsində olub. Amerikanın o zaman təsiri olub ki, Rusiya qoşunları Bakıya yeridib.
Bu qisas əməliyyatı olub və Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilib”.

“Şit” təşkilatının müstəqil hərbi ekspertlərinin hesabatında Bakıya hücumdan öncə əsgərlərə deyilənlər də öz əksini tapıb:

"Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşicəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər. Təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar”.

Zaur Əliyevin fikrincə, bu əmr tərpənən hədəfi vurmaq anlamına gəlir ki, heç bir şəxsə güzəşt olmayacağı izahını verir. Elə, qanlı yanvar günündə də dinc əhalini xüsusi qəddarlıqla və yaxın məsafədən güllələdilər.  


Alim bu günə qədər də Amerika və Rusiya siyasi dairələri 20 Yanvar faciəsi ilə bağlı rəsmi mövqe ortaya qoymadıqlarını da diqqətə çatdırıb.

Murad Əhmədov, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin