“Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Lakin bizim üçün bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi:
Yoldan magistrala” mövzusunda panel iclasında söyləyib.
Dövlətimizin başçısı bildirib: “Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Hesab edirik ki, nəqliyyat sahəsi bizə ixracımızı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Bununla yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyunca yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:23 / 19.01.2023
İlham Əliyev: “İqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik”
Hazırda oxunan: İlham Əliyev: “İqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik”
Hazırda oxunan: İlham Əliyev: “İqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik”
115682
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.