Ermənistanla sülh müqaviləsi ətrafında son günlər ciddi hərəkətlənmə müşahidə olunur. Amma hərəkətlənmənin əsas istiqaməti İrəvanın danışıqlar masasından qaçmağa çalışmasıdır. Eyni zamanda beynəlxalq güclərin və birliklərin də bu ətrafda xeyli bəyanat dolu çıxışları gündəmi zəbt edib.
Azərbaycan isə öz mövqeyində qətiyyətli və daha israrçıdır. Bakı hər addımı ilə göstərir ki, Qarabağdakı separatçı ünsürlərə, silahlı tör-töküntülərə bundan artıq dözmək fikirində deyil. Sülh danışıqları isə siyasətimizdə əsas piroritetdir.
Bu yandan isə Qarabağda separatçılar arasında qarşıdurma da böyüyür.
Bütün sadaladığımız bu hadisələrdən çıxış etsək, üzü yaza doğru bölgədə hansı prosesləri izləyə bilərik? Münaqişənin bitməsindən sonra iki ölkə arasındakı münasibətlər indi hansı fazaya daxil olub?
Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, yaxın zamanlarda Laçın yoluna nəzarətin Azərbaycan dövlət qurumları tərəfindən həyata keçiriləcəyini gözləyir:
“Çünki ərazidə əsas məsələ qurumların qanunauyğun fəaliyyət göstərməsi və qanunun təmin edilməsidir. Yəni əraziyə daxil olub-çıxmaq, hansısa yükün aparılması qərarını Azərbaycanın müvafiq qurumları verəcək.
Amma ərazinin ümumi təhlükəsizliyini sülhməramlılar təmin edəcək. Prosesin bu şəkildə həlli məntiqli olacaq”.
Sabiq nazir deyir ki, müharibənin bitməsindən keçən iki il ərzində hazırda iki ölkə arasında münasibətlər hansısa bir sənədin qəbulu ətrafında gedir:
“Şərti olaraq bu sənədi sülh sazişi adlandırırıq. Etibarlı və davamlı sülhə nail olmaq üçünsə bir çox proseslər öz həllini tapmalıdır. Buna da vaxt lazımdır. Bu istiqamətdə ilk addımların atıldığını görürük.
Həm Ermənistan, həm də Azərbaycan bəyan ediblər ki, bir-birinin ərazi bütövlüyünü tanımaq prinsipini dəstəkləyirlər. Amma bu öhdəlik çoxtərəfli platforma fonunda verilib. Bizim vəziyyətdə Alma-Ata diklorasiyası və BMT nizamnaməsi əsas götürülür”.
T.Zülfüqarov qeyd edir ki, bu məqamın ikitərəfli sənədlərdə təkrarı da vacibdir:
“Ona görə də həm İrəvan və həm də Bakı tərəfdən fikirlər səslənir ki, sülh sazişi bağlana bilər. Belədə, çoxtərəfli platformalarda yox, ikilikdə prinsiplər şəklində həmin prinsiplərə sadiqliyin sənəd şəklində qəbulu da istisna olunmur. Bu məqsəddir.
Ermənistanın mövqeyi uzun müddət buna maneə olurdu. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmirdilər. İndi isə prinsip etibarı ilə guya tanıyırlar. Amma öhdəlik şəklində, ikitərəfli sənədlərdə həmin məsələnin yer almasına müxtəlif bəhanələrlə, vaxtı uzatmaqla əngəl olmaqda davam edirlər. Bu məsələdə əminəm ki, Ermənistanın da mövqeyi dəyişməlidir”.
Həmsöhbətimiz düşünür ki, kommunikasiyalar məsələsində də irəliləyiş mümkündür:
“Ermənilər tələb edir ki, Zəngəzur dəhlizində eksteritoriallıq olmasın. Amma praktik olaraq orada eksteritoriallıq mövcuddur. Çünki ora nəzarət edən qurumlar Rusiya sərhədçiləridir.
Defakto Ermənistan orada suverenliyinin bir hissəsini onlara verib. 10 noyabr sənədində də göstərilib ki, Mehri yoluna nəzarət rus sərhədçilərində olacaq. Burada da ziddiyyət yoxdur, sadəcə ermənilər söz oynatmaqla məsələni uzadır”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:30 / 19.01.2023
“Laçın yoluna Azərbaycanın dövlət qurumları nəzarət edəcək” – Tofiq Zülfüqarov
Hazırda oxunan: “Laçın yoluna Azərbaycanın dövlət qurumları nəzarət edəcək” – Tofiq Zülfüqarov
Hazırda oxunan: “Laçın yoluna Azərbaycanın dövlət qurumları nəzarət edəcək” – Tofiq Zülfüqarov
115641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.