“Hərbi əsirlərin qaytarılması ilə bağlı azərbaycanlı və erməni həmkarlarımızla iş aparılır”.
Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Rusiya Xarici işlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
''BMT Qarabağa missiya göndərəcək'' - Zaxarova
O, bildirib ki, bu problemin optimal həll variantı “hamının hamıya” prinsipidir:
“Biz erməni və azərbaycanlı həmkarlarımızla, o cümlədən Rusiya sülhməramlı kontingenti vasitəsi ilə işləyirik.
Bir müddət öncə Rusiya sülhməramlı qüvvələrinin komandanının vasitəçiliyi ilə hərbi əsirlərin mübadiləsi baş tutub. Bir azərbaycanlı və beş erməni əsir evlərinə qaytarılıb.
Ümumilikdə hesab edirik ki, bu problemin optimal həll variantı “hamının hamıya” prinsipidir. Bu, bizim mövqeyimizdir və bu barədə Rusiya Prezidenti və xarici işlər naziri də bəyan edib”.
Bizim.Media