Almaniya mediasında Azərbaycana qarşı yayımlanan audioreportaja (podkast) layiqli cavab verilib.
Bizim.Media xəbər verir ki, bu haqda Azərbaycan Diaspora Komitəsi məlumat yayıb.
Belə ki, son illər aparılmış məqsədyönlü fəaliyyət nəticəsində ölkəmizə dost münasibəti bəsləyən və Azərbaycanla bağlı mükəmməl tarixi biliklərə sahib əcnəbi alimlərdən biri olan almaniyalı tədqiqatçı Dr. Mixael Reynhard Hess ölkəmiz əleyhinə böhtanlarla dolu reportajı əsaslandırılmış faktlarla darmadağın edib.
Qeyd edək ki, Almaniyanın “Spiegel” jurnalının beynəlxalq mövzularda yayımlanan “8 milyard” başlıqlı audioreportajları sırasında aparıcı Olaf Heuser yanvarın 14-də növbəti podkastını Azərbaycan-Ermənistan münasibətlərinə həsr edib.
“Dağlıq Qarabağın blokadasının Rusiya müharibəsi ilə nə əlaqəsi var?” başlıqlı audioreportajda Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişənin tarixi və hazırkı vəziyyəti, o cümlədən azərbaycanlı ekofəalların Laçın dəhlizi ətrafındakı etiraz aksiyası, Azərbaycanın siyasi rəhbərliyi tərəfindən irəli sürülən Qərbi Azərbaycan konsepsiyası məsələləri əks olunub.
33 dəqiqəlik podkast tamamilə təhrif olunmuş və yalnız erməni mövqeyindən hazırlanıb, bir İrəvan sakini və Anna Aridcanyan adlı bir erməni jurnalistdən isə “zamin qismində” müsahibə alınıb.
Almaniyalı alim, “Şuşanın irsi” kitabının müəllifi Dr. Mixael Reynhard Hess təhriflərlə dolu və qeyri-peşəkar hazırlanmış reportajla bağlı “Spiegel”in redaksiyasına geniş həcmli, etiraz məzmunlu oxucu məktubu göndərib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:13 / 17.01.2023
“İrəvanda 1918-ci ilədək erməni hökmdarlığı olmayıb” - Alman alim
Hazırda oxunan: “İrəvanda 1918-ci ilədək erməni hökmdarlığı olmayıb” - Alman alim
Hazırda oxunan: “İrəvanda 1918-ci ilədək erməni hökmdarlığı olmayıb” - Alman alim
115272
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.