“30-40 il əvvəl heç kəs yaxınlıqdakı məktəbi qoyub uşağını hansısa uzaq məktəbə daşımırdı. İndiki vəziyyət isə tamamilə fərqlidir. Nəticədə həm nəqliyyat problemi yaranır, həm də uşaqlar həddindən artıq yorulurlar.
Bunun səbəbi isə məktəblərdə tədrisin keyfiyyətində fərqin olmasıdır. Heç bir valideyn rahatı qoyub uzağa getməz. Valideyn keyfiyyətə görə uşağı uzaqda olan məktəbə aparır.
Niyə bu gün şəhərin mərkəzindən Günəşliyə, Qaraçuxura uşaq aparılmır? Adətən, uşaqlar oradan şəhərin mərkəzinə daşınırlar. Çünki valideyn hansısa məktəbdə tədrisin keyfiyyətinin yaxşı olmasını eşidir və o da istəyir ki, uşağı yaxşı təhsil alsın”.
Bu fikirləri Bizim.Media-nın şagirdlərin ictimai nəqliyyatdan güzəştli istifadə etmək perspektivlərinə dair sualını cavablandırarkən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü deputat Etibar Əliyev səsləndirib.
Deputatın fikrincə, ictimai nəqliyyatla bağlı imkansız ailələrin mövcud problemlərinin həll edilməsi üçün birinci növbədə, məktəblərdə keyfiyyətin bərabərləşdirilməsinə çalışmaq lazımdır:
“Bu gün özəl məktəblər uşaqlar üçün nəqliyyat vasitələri təşkil edirlər. Bu, başadüşüləndir. Çünki hazırda özəl məktəblərin illik təhsilhaqqı minimum 7 mindən başlayır.
Lakin yaxşı olardı ki, dövlət məktəblərində təhsil alan şagirdlərin də daşınması üçün nəqliyyatın təşkil edilməsinə vəsait ayrılsın. Bununla yanaşı çalışmaq lazımdır ki, məktəblərdə tədris keyfiyyəti bərabərləşdirilsin. Valideynlər tədrisin keyfiyyəti ilə bağlı tərəddüd yaşamadan uşaqlarını evlərinə yaxın məktəbə yazdırmaqda maraqlı olsunlar”.
Aləmdə Nəsib, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:30 / 18.01.2023
Deputatın TƏKLİFİ: “Məktəblərə şagirdləri daşımaq üçün avtobus ayrılsın”
Hazırda oxunan: Deputatın TƏKLİFİ: “Məktəblərə şagirdləri daşımaq üçün avtobus ayrılsın”
Hazırda oxunan: Deputatın TƏKLİFİ: “Məktəblərə şagirdləri daşımaq üçün avtobus ayrılsın”
115252
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.