“Le Fiqaro”nun RƏZİLLİYİ – Qarabağ tarixilə bağlı NÖVBƏTİ SƏRSƏMLƏMƏ – VİDEO 

Hazırda oxunan: “Le Fiqaro”nun RƏZİLLİYİ – Qarabağ tarixilə bağlı NÖVBƏTİ SƏRSƏMLƏMƏ – VİDEO 

115192

Fransa mətbuatının sərsəmləmələrinin artıq adət halını aldığı göz önündədir. Bu ölkənin KİV-ləri öz absurd iddiaları ilə hər dəfə bizi daha çox güldürməyi bacarır. Bu dəfə isə estafeti Fransanın ən məşhur dərgilərindən olan “Le Figaro”nun jurnalisti, direktor müavini Jan Kristof Buisson alıb.
Adıçəkilən “ağıllı” efirdə Qarabağ tarixi ilə bağlı elə iddialar səsləndirib ki, ermənilərin “Böyük Ermənistan” nağılları da bunun yanında ağıllı görünüb.

Buisson deyir ki, “Artsax” qədim zamanlardan böyük imperiyaların kəsişməsində yerləşən erməni bölgəsidir:

“Bu onun bəlasıdır. SSRİ-də beynəlmiləlçilik siyasəti çərçivəsində Ermənistan ərazisi olan bu bölgə Stalin tərəfindən Azərbaycana verilib”.

“Artsax”ın bəlasını başa düşdük, bəs Janın bəlası nədir?

Qarabağın tarixindən az-çox xəbəri olan hər kəs bilər ki, bölgə Gülüstan müqaviləsinə qədər hər hansı sərhəddə heç yaxın da yerləşməyib. Qarabağ yalnız 1813-cü ildən sonra Qacarlarla Rusiya Çarlığı kimi iki imperiyanın sərhədində yerləşən əraziyə çevrilib.

Ermənilərin Qafqaz tarixi də elə həmin vaxtlardan başladığı üçün, yəqin, bu ermənipərəstin daha əvvəlki dönəmdən xəbəri yoxdur. Ya da ona bu çıxışın sifarişini verənlər deyiblər ki, məsələni bu formada təqdim etsin. Əks variantda hekayədə yanan ermənilərin özü olardı.

Digər bir iddia isə Qarabağı Azərbaycana Stalinin verməsidir ki, bu daha böyük rəzillikdir. Bəli, həmin dönəmdə Qarabağın aqibəti müzakirə edilib, qərara gəliblər ki, “Qarabağ Azərbaycanın tərkibində saxlanılsın”. Saxlanılsın, verilsin yox. Verilmək məsələsi Zəngəzurla bağlı olub ki, bu da başqa yazının mövzusudur.

“Le Fiqaro”unun toyu...

Fiqaro deyəndə, Buissondan fərqli olaraq, az-çox dünyagörüşü olan şəxsin yadına dahi Motsartın əsəri “Fiqaronun toyu” düşür. Görünür, “Le Fiqaro”nun rəhbərliyi də əsərdən ilham alıb, erməni lobbisi ilə nikaha daxil olub. Və bunlar Motsartın Fiqarosundan daha gülünc duruma düşməyi də bacarıblar.

Bu cür iddialar da erməni diasporu ilə fransız mətbuatının evliliyindən, daha doğrusu əxlaqsız münasibətindən dünyaya gəlmiş uşaqlara bənzəyir.
Ancaq bunlara da göz yummaq olmaz. Çünki Buissonun dedikləri hələ başlanğıcdır, əgər ilanın başını indidən əzməsək, gələcəkdə Şamaxını, Qubanı, Bakını da utanmadan erməni torpağı elan edərlər. Nə də olsa bu xislət bizə ermənilərdən tanışdır. Görünür, fransızlar da ermənilərlə oturub-duraraq onlarla həmxasiyyət olublar.

Murad Əhmədov, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin