Bölgədəki yeni gərginlik Ankara və Bakıya nə vəd edir...

Hazırda oxunan: Bölgədəki yeni gərginlik Ankara və Bakıya nə vəd edir...

114877
Şahin Cəfərli: “Yaranmış gərginlik Səudiyyənin Türkiyəyə ehtiyacını daha da artıracaq”x9d; “Arzu Nağıyev: “Burada Rusiya-Türkiyə qarşıdurmasının və ya yaradılan ərəb koalisiyasının da rolu var.
“Türkiyə səmimi olaraq İslam dünyasında qarşıdurmaların, gərginliklərin əleyhinədir və müsəlman dövlətlərinin birliyinə tərəfdardır. İran və Səudiyyə Ərəbistanı arasında yaranmış problemə Ankara əvvəlcə bu prizmadan yanaşdı və baş nazirin müavini, hökumət sözçüsü Numan Kurtulmuşun vasitəsilə siyasi xarakterli edam cəzalarına qarşı olduğunu bildirərək Səudiyyə dövləti tərəfindən ayətullah Nimrin edam olunmasını yüngülvari tənqid də etdi”x9d.xa0

Politoloq Şahin Cəfərli bu fikirləri İran və Səudiyyə Ərəbistanı arasında yaranmış gərgin münasibətləri şərh edərkən bildirdi. Bir sıra müşahidəçilər iki qonşu paytaxt arasında yaranmış “soyuq müharibə”x9ddə Ankaranın regiondakı rolunun gücləndiyini, digər qisim ekspertlər isə əksinə, Türkiyənin rolunun zəiflədiyini iddia edir. Ş.Cəfərli isə açıqlamasında xatırlatdı ki, ilkin mövqeyindən az sonra Türkiyə XİN dövlət adından rəsmi mövqe ortaya qoyaraq İranda Səudiyyə diplomatik təmsilçiliklərinə hücumları açıq şəkildə qınadı və bununla da Numan Kurtulmuşun dilindən səslənən balanslı açıqlamaya ər-Riyadın xeyrinə korrektələr edilmiş oldu: «Təbii ki, bütün dövlətlər kimi, Türkiyənin də öz maraq və mənafeləri var və bu gün bu maraqlar Səudiyyə Ərəbistanı ilə bərabər addımlamağı tələb edir. Bölgədə baş verənlərə münasibətdə və regionun gələcək dizaynı ilə bağlı məsələlərdə Ankara ilə Ər-Riyadın baxışları üst-üstə düşür".xa0

Politoloq deyir ki, İranın regionda nüfuz dairəsini genişləndirməsi hər iki dövlətin maraqlarını təhdid etməkdədir: “Qeyd etmək lazımdır ki, Türkiyə-İran rəqabətinin İran-Səudiyyə rəqabəti ilə bənzər tərəfləri var və iki ölkə arasında ideoloji səbəblərdən, quruluş fəlsəfəsindən qaynaqlanan antaqonizm mövcuddur. İranın məzhəbçiliyə əsaslanan islam inqilabını ixrac etmə missiyası bölgədə Türkiyənin dünyəvi - dövlət modeli ilə toqquşur. Bu ənənəvi rəqabət regional məsələlərə münasibətdə də özünü göstərir. Suriyada tərəflər arasındakı kəskin ziddiyyət artıq hamıya bəllidir - İran Əsədə sahib çıxarkən, Türkiyə ilə Səudiyyə Ərəbistanı (həmçinin onların tərəfində olan ərəb dövlətləri) Əsədin dərhal hakimiyyətdən uzaqlaşdırılması istiqamətində siyasət yeridir. İraqda isə şiə hökuməti İranla ciddi yaxınlaşdıqdan və bir növ Tehranın himayəsinə girdikdən sonra Türkiyə və Səudiyyə Ərəbistanının maraqlarına qarşı siyasət aparır”x9d.xa0

Ş.Cəfərli bildirdi ki, İranın bu hücum taktikasına qarşı uğurla müqavimət göstərmək üçün Türkiyə və Səudiyyə Ərəbistanının bir-birinə ehtiyacı yaranıb: “Düşünürəm ki, edam hadisəsindən sonra yaranmış gərginlik Səudiyyənin Türkiyəyə ehtiyacını daha da artıracaq. ”x9dİslam koalisiyası"nın yaradılması, prezident Ərdoğanın ər-Riyada son səfəri zamanı əldə olunan razılaşmalar, iki dövlətin öz siyasətlərini koordinasiya etməsi əslində İrana qarşı “əks-hücum”x9dun ayaq səsləridir. Şeyx Nimrin edamı da Səudiyyənin İrana özünəməxsus cavab reaksiyasıdır. Bölgənin güclü dövlətlərindən olan İsrailin maraqlarının bu koalisiya ilə üst-üstə düşməsini də nəzərə alaraq, İranın belə güclü bir bloka qarşı təkbaşına uğurlu müqavimət göstərmək imkanlarının məhdud olduğunu söyləyə bilərik. Suriyanın gələcəyində Səudiyyə-Türkiyə ittifaqının və onları dəstəkləyənlərin sözünün daha keçərli olacağını və bu blokun maraqlarının daha çox nəzərə alınacağını ehtimal etmək olar. Proseslərin gedişində Türkiyə həm də Səudiyyənin (eləcə də Qatar dövlətinin) iqtisadi-maliyyə imkanlarından daha çox yararlanmaq imkanı əldə edəcək. Artıq Səudiyyə Ərəbistanında həyata keçiriləcək çoxmilyardlı layihələrdə Türkiyə şirkətlərinə mühüm pay veriləcəyi, eləcə də Ər-Riyadın Türkiyədən silah, hərbi texnika satın alacağı barədə məlumatlar yayılır. Türkiyə iqtisadiyyatının Səudiyyə və Qatardan gələn və “sıcak para”x9d deyilən nağd pul kütləsinə ciddi ehtiyacı var. Ərəb maliyyəsi və sərmayəsi bu gün Türkiyə iqtisadiyyatını ayaqda tutan əsas amillərdən biridir. Göründüyü kimi, həm Səudiyyənin Türkiyəyə, həm də öz növbəsində Türkiyənin Səudiyyəyə ehtiyacı artır. İsrailin də pərdə arxasından dəstəyi ilə bu ittifaqın yaxın perspektivdə bölgədəki proseslərə təsirinin güclənəcəyini proqnozlaşdırmaq mümkündür".

Politoloq Arzu Nağıyev isə “Yeni Müsavat”x9da bildirdi ki, Səudiyyə Ərəbistanında nüfuzlu şiə liderinin edam edilməsindən sonra tək regionda deyil, ümumiyyətlə, bütün yaxın ərazilərdə vəziyyət gərginləşib: “Səudiyyə Ərəbistanı və İran arasında yaranan gərginlik heç də hazırlıqsız deyildi. Nüfuzlu şiə lideri Nimr əl-Nimrinin edam edilməsi, məncə, səbəb yox, bir bəhanə oldu. Təbii ki, burada Rusiya-Türkiyə qarşıdurmasının və ya yaradılan ərəb koalisiyasının da rolu var. Rusiya Suriya problemində İranla müttəfiqdir. Məhz buna görə də Rusiya barışdırıcı mövqe tutmağa və bununla bağlı təkliflər irəli sürərək öz nüfuzunu göstərməyə çalışır. Yəni Səudiyyə Ərəbistanındakı şiə liderinin qətli və əksinə, İranda səfirliyin dağıdılması bir bəhanədir. Eyni zamanda təsiredici amillərdən biri də Səudiyyə Ərəbistanında əsas neft yataqlarının yerləşdiyi ərazilərdə şiələrin yaşaması və İranın da bundan istifadə etməyə çalışmasıdır. Zənnimcə, Azərbaycan belə bir vəziyyətdə öz siyasi xəttini saxlamalıdır və unutmaq lazım deyil ki, Səudiyyə Ərəbistanı bizimlə strateji əməkdaş və Ermənistanla diplomatik əlaqəsi mövcud olmayan müsəlman dövlətlərindən biridir, İran isə yaxın qonşumuz və 30 milyondan çox azərbaycanlının yaşadığı dövlətdir".xa0

Hər halda, söhbət Azərbaycanın üç nəhəng qonşusundan gedir. Bəllidir ki, Rusiyanın müttəfiqi olan İranın müharibəyə cəlb olunması Moskvanı digər cəbhədə də hərəkətə keçməyə vadar edəcək. Belə olan təqdirdə Ermənistanda hərbi arsenalın daha da artırılması üçün əlavə bəhanə yaranmış olur». A.Nağıyev hesab edir ki, Rusiyanın əsas məqsədi ərəb dünyasında da nüfuz nümayiş etdirməkdir: “Yəni ərəb ölkələri koalisiyası yaranan vaxt bu ABŞ-ın ideyası idi və 100 minlik hərbi kontingentin 10 mini ABŞ hərbçisi olmalıdır. Bu koalisiya təbii ki, nə İranı, nə də Rusiyanı razı sala bilməzdi. Əsas məsələlərdən biri də Səudiyyə Ərəbistanının Türkiyəyə 600 milyon dollardan çox sərmayə yatırması ilə bağlı açıqlaması oldu. Rusiya-Türkiyə gərginliyinin pik vəziyyətində Türkiyəyə belə bir jest edilməsi Rusiyanın tənəzzülü deməkdir. Məhz buna görə də Rusiya İran və Ermənistanla müttəfiqliyi daha da gücləndirəcək. Ermənistanla NATO-Rusiya sərhədini daha da möhkəmləndirmək adı ilə, İranla isə Suriyaya köməklik göstərmək məqsədilə. Təbii ki, Rusiyanın Ermənistan ərazisindəki hərbi bazalarında silah və canlı qüvvəsini artırması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç də müsbət hal deyil. Yəni regionda yeni münaqişə ocağının yaranması Dağlıq Qarabağ konfliktinin həllinə ancaq mənfi təsir göstərəcək”x9d.xa0

Yeri gəlmişkən, belə bir vəziyyətdə İran Ermənistana qaz nəqlinə başlayır. Üstəlik, Tehran işğalçı ölkə ilə Qarabağ torpaqlarında su dəryaçası inşa edir. İran Qarabağ məsələsinin həllində maraqlı olduğunu bəyan etsə də, faktiki olaraq işğalçı ilə müttəfiqliyi göz önündədir. Ekspertimizsə bu mövzu barədə danışarkən təsdiqlədi ki, İranın Ermənistanla iqtisadi əlaqələri yeni bir hal deyil və buna o qədər də diqqət ayırmaq lazım deyil: “Son vaxtlar İran Gürcüstana da qaz verəcəyi ilə bağlı bəyanatla çıxış edir. Düşünürəm ki, İranın Gürcüstana hazırkı vəziyyətdə qaz verməsi, ümumiyyətlə, inandırıcı görünmür.xa0

Çünki Gürcüstan Azərbaycandan lazımi qədər qaz alır və Gürcüstan Rusiyadan Ermənistana tranzit verilən qaza görə də müəyyən qədər qaz alır. Təbii ki, belə bir variant alınsa, deməli, səbəbkarlardan biri Rusiya və onun regionda yeritdiyi siyasətdir. Başqa variantla Azərbaycan qazının verilməsinə mane törədə bilmədiyi üçün bu yolu seçir. Eyni zamanda bu, Ermənistana da aiddir. Bu, Rusiyanın həyata keçirdiyi variantlardan biridir. Necə ola bilər ki, Rusiya Ermənistana kifayət qədər qaz verir və eyni zamanda imkan yaradır ki, İran da öz qazını satsın? Deməli, əsas məsələ siyasi maraqlardır.xa0

Bundan başqa, dəfələrlə qeyd edilib ki, Rusiyanın əsas məqsədlərindən biri Dağlıq Qarabağ ərazisindəki ”x9dBoz zona" deyilən İran-Azərbaycan sərhəddini bağlasın, daha doğrusu, oraya hərbi kontingent çıxartsın. Bu isə beynəlxalq qanunlara ziddir, çünki ərazi Azərbaycanındır. Eyni zamanda Kerrinin İrana son səfəri Rusiyanı təşvişə salıb. Deməli, Rusiya ya münaqişənin həllini Ermənistan xeyrinə uzatmalı, ya da ki, konkret bir addım atmalıdır. Düşünürəm ki, Tehranın bütün addımları məhz Rusiyanın özünün həyata keçirə bilmədiyi ideyalar üçün bir bəhanədir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin