Bu gün Vatikanda Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovun etimadnaməsini qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycanın səfiri İlqar Muxtarovla görüşündə bildirib ki, Müqəddəs Taxt-Tac ilə Heydər Əliyev Fondu arasında səmərəli əməkdaşlıq mövcuddur:
“Fond tərəfindən Vatikanda bərpası həyata keçirilən və bəşəri əhəmiyyət daşıyan bir sıra tarixi abidələr mədəni irsin qorunması sahəsində böyük işlərdir. Həmin layihələr dünya mədəni, tarixi və dini irsinin qorunmasına, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət edir”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:26 / 14.01.2023
Roma Papası Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirinin etimadnaməsini QƏBUL ETDİ
Hazırda oxunan: Roma Papası Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirinin etimadnaməsini QƏBUL ETDİ
Hazırda oxunan: Roma Papası Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirinin etimadnaməsini QƏBUL ETDİ
114785
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.