Xəbər verdiyimiz kimi ABŞ-lı senator Kristofer Smit Azərbaycana qarşı sanksiyalar paketini müzakirə üçün Amerikanın Konqresinə təqdim edib. ABŞ-da fəaliyyət göstərən AnsTv nin müxbiri Qənirə Ataşova araşdırma apararaq qanun layihəni hazırlayanların erməni lobbisinə yaxın şəxslər olduğunu bildirib.
Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli də layihəni erməni lobbisinə yaxın şəxslərin hazırladığını deyib:
“Əlbəttə ki, bu sanksiyalarda ermənilərin də rolu var. Ermənilərdən başqa burada yunan lobbisinin əli də var. Onlar uzun müddətdir ki, Azərbaycana qarşı müxtəlif tədbirlər görməyə, müxtəlif lobbilik hərəkətləri həyata keçirməyə çalışırlar. Layihənin müəlliflərindən biri ermənilərin daha çox yaşadığı Kaliforniya ştatındandır və eyni zamanda o, şəxs ermənilərə yaxınlığı ilə tanınır. Layihəni hazırlayanların bir çoxu Qarabağ məsələsində də qərəzli mövqe sərgiləyiblər. Ölkəmizə qarşı bu addımın irəli sürülməsində müxtəlif qrupların xidməti var. Amma bunun əsas nüvəsi erməni və yunan lobbisinin birgə iş birliyidir”x9d.


































































































