Azərbaycan səfiri etimadnaməsini Kuba Prezidentinə təqdim edib

Hazırda oxunan: Azərbaycan səfiri etimadnaməsini Kuba Prezidentinə təqdim edib

114305

11 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Kuba Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Rzayev etimadnaməsini Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesə təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Kubadakı səfirliyindən məlumat verilib.

Kuba Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesə çatdırıb.

Dövlət başçısının salamlarına görə, minnətdarlığını bildirən Kuba Respublikasının Prezidenti öz növbəsində, onun salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Kuba Prezidenti 2019-cu ildə Qoşulmama Hərəkatının (QH) Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə həyata keçirdiyi səfərini məmnunluqla xatırlayaraq, Azərbaycanı QH-də uğurlu sədrliyi münasibəti ilə təbrik edib. Migel Dias-Kanel Bermudes Azərbaycanın Kubada səfirlik təsis etməklə bağlı qərarından məmnun olduqlarını bildirib.

Söhbət əsnasında iki ölkə arasında müxətlif istiqamətlərdə əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi və digər qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin