"Laçın yolundan qeyri-qanuni fəaliyyətlər və mina təhdidlərinin davam etməsi üçün istifadə edilir".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının Şura Məclisində Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Faiz Bin Abdulla Əl-Şəhri ilə görüşündə bildirib.
Nazir Laçın yolunda azərbaycanlı fəalların etirazlarının səbəblərini qarşı tərəfin diqqətinə çatdırıb.
Bundan əlavə, son 2 ildə Ermənistanın çoxsaylı təxribatları, o cümlədən erməni silahlı qüvvələrini ərazilərimizdən tam çıxarılmaması, Laçın yolundan qeyri-qanuni fəaliyyətlər və mina təhdidlərinin davam etməsi üçün istifadə edilməsi barədə məlumat təqdim edilib.
C.Bayramov həmçinin, Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması istiqamətində atdığı addımlar və təşəbbüslər, habelə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri və həyata keçirilən layihələr barədə qarşı tərəf məlumatlandırılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
00:09 / 12.01.2023
Ceyhun Bayramov: "Laçın yolundan qanunsuz fəaliyyətlər və mina təhdidləri üçün istifadə edilir"
Hazırda oxunan: Ceyhun Bayramov: "Laçın yolundan qanunsuz fəaliyyətlər və mina təhdidləri üçün istifadə edilir"
Hazırda oxunan: Ceyhun Bayramov: "Laçın yolundan qanunsuz fəaliyyətlər və mina təhdidləri üçün istifadə edilir"
114294
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.