Bu gün Dünya Azərbaycanlılarının həmrəyliyi günüdür. Çoxları bəlkə də həmrəylik nədir bilmirlər. Bilməməyin səbəbi də onun olub-olmamasının bilinməməsidir. Görəsən dünyada ən həmrəy olan xalq hansıdır?
"Sivilizasiyalar və konfliktlər" analitik mərkəzinin rəhbəri Əhəd Məmmədli Moderator.az - a açıqlamasında mövzu ilə bağlı fikirlərini bölüşüb:
"Əslində həmrəylik çox əhəmiyyətli və bir xalq olaraq ehtiyac duyduğumuz bir hissdir, gündür, bayramdır. Ələlxsus da məhz milli azadlıq mübarizəsinin gedişatında belə bir günün tariximizə həkk olunması bu bayramın böyük dəyərindən xəbər verir. Təəssüf ki, bu gün həmrəylikdən əsər - əlamət belə yoxdur. Çünki biz bir millət olaraq müstəqillikdən çox şey gözləyirdik. Bizim gözləntilərimiz təəssüf ki, böyük ölçüdə həyata keçmədi. Daha yaxşı zəngin xoşbəxt azad həyat gözləyirdik, olmadı. Üstəlik, Qarabağ müharibəsində məğlubiyyət bir xalq olaraq bizdə natamamlıq kompleksi yaratdı. Və torpaqlarımızı azad etməyənə qədər bu natamamlıq kompleksindən çıxmağımız mümkünsüzdür. 23 ildi dünya, qonşularımız dəyişikliklər ərəfəsində biz isə yerimizdə sayırıq. Elə bil Azərbaycan da vaxt dəyanıb. Milli azadlıq mübarizəsində olduğu kimi yenidən həmrəy olmaq istəyiriksə bir xalq kimi bizə heç olmasa kiçik qələbələr lazımdır ki, yenidən özünə inam hissini qaytaraq".



























































































