İran parlamentinin rəhbəri Məhəmməd Bağır Qalibaf Azərbaycan Milli Məclisinin sədri Səbinə Qafarova ilə Antalyadakı görüşündə üçüncü ölkələrin Cənubi Qafqazdakı proseslərə qarışmasının yolverilməz olduğunu bəyan edib.
Lakin bu zaman o üçüncü ölkə deyərkən kimləri nəzərdə tutduğunu açıqlamayıb.
Digər tərəfdən, üçüncü ölkələrin Cənubi Qafqaza cəlb olunmasına qarşı çıxan Tehran maraqlıdır ki, Ermənistanın üçüncü ölkə sayılan Fransa ilə sıx əməkdaşlığına və Parisin bu məsələyə müdaxiləsinə göz yumur. İran hələ bir dəfə də olsun bununla bağlı İrəvana heç bir etirazını bildirməyib.
Əksinə, bir sıra hallarda İrəvanın üçüncü ölkələrlə əməkdaşlıq qurmasına məhz İran özü yardım edib. Buradan görünür ki, İran hakimiyyəti özü də məsələyə münasibətdə ikili standartdan yanaşır və onu da ancaq Azərbaycana qarşı tətbiq edir.
Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev bildirir ki, Qalibaf üçüncü ölkə deyərkən Türkiyə və İsraili nəzərdə tutub:
“İran parlamentinin rəhbərilə Azərbaycan Milli Məclisi spikerinin görüşü bildiyiniz kimi, bu gün Türkiyədə keçirilir. Bu mənada açıq şəkildə görünür ki, İran parlamentinin rəhbəri üçüncü ölkə deyəndə təbii ki, ilk vurğunu Türkiyənin, ikinci vurğunu isə İsrailə vurur. Türkiyə və İsrail dövlət, hökumət rəhbərləri və nümayəndə heyətlərinin hər dəfə Azərbaycana olan səfərlərindən sonra, İranın siyasi rəhbərliyi, dini radikal qruplaşmaları tərəfindən ölkəmizə münasibnətdə dərhal təhdidlər səslənib. Buradan da ehtimal etmək olar ki, Tehran bölgəmizdə Türkiyənin siyasi-hərbi, iqtisadi cəhətdən möhkəmlənməsini və İsrailin mövcudluğunu həzm edə bilmir.
Həmsöhbətimiz qeyd edir ki, belə yanaşma İran dövləti tərəfindən Azərbaycana qarşı yönəlik selektiv, ikiüzlü, riyakar siyasətin bir nümunəsidir:
“İran doğrudan da üçüncü dövlətlərin Cənubi Qafqazda mövcudluğundan narahatdırsa, onda Rusiya və Fransanın da bölgədəki mövcudluğundan, habelə Avropa İttifaqı missiyasının Ermənistanda fəaliyyətindən də narahat olmalıdır. Amma onların siyasətində bunu görmürük. Hansı ki, Avropa İttifaqı və Fransa İrana qarşı sanksiyalarda iştirak edir. Buan baxmayaraq, Tehran Fransanın İrəvanda mövcudluğuna göz yumur”.
Qalibafın bu sayaq ikiüzlü açıqlamasını ekspert əslində Ermənistanın maraqlarına xidmət edən açıqlama kimi dəyərləndirdi:
“İran siyasi, iqtisadi, hüquqi və hərbi cəhətdən Ermənistanı dəstəkləyir. İşğalçı dövləti dəstəkləməklə Tehran əslində Bakının irəli sürdüyü sülh gündəliyi və təhlükəsizlik arxitekturasının yenidən qurulmasını tormozlamaq istəyir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:55 / 10.01.2023
İki bacıya qardaşlıq edən İRANIN Azərbaycana qarşı “üçüncü ölkə” şərti – TƏFƏRRÜAT
Hazırda oxunan: İki bacıya qardaşlıq edən İRANIN Azərbaycana qarşı “üçüncü ölkə” şərti – TƏFƏRRÜAT
Hazırda oxunan: İki bacıya qardaşlıq edən İRANIN Azərbaycana qarşı “üçüncü ölkə” şərti – TƏFƏRRÜAT
114045
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.