Türkiyəli millət vəkili Yavuz Subaşı: “Fransanın öz keçmişi qan və göz yaşı ilə zəngindir”

Hazırda oxunan: Türkiyəli millət vəkili Yavuz Subaşı: “Fransanın öz keçmişi qan və göz yaşı ilə zəngindir”

113733

“Fransa beynəlxalq məclisinin aldığı qərarla Azərbaycana qarşı sanksiyalar paketini qəbul etmirik. Bu qərarın heç bir hüquqi tərəfi yoxdur. Təəssüf ki, həmin qərarla qondarma quruma məxsus edilən torpaqlardan Azərbaycanın çəkilməsi tələb edilir. Qanunsuz qərarla Azərbaycana neftinə və qazına sanksiyalar nəzərdə tutulur”.

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı Türkiyənin Ak partiyalı millət vəkili Yavuz Subaşı səsləndirib.

Fransanın Azərbaycana qarşı münasibətlərini şərh edən millət vəkili qəbul edilən qərarların heç bir hüquqi bazasının olmadığını deyib.

“Ermənistan Azərbaycan torpaqlarını işğal edərkən, bir milyondan çox insanın haqq və hüququnu tapdaladığı zaman Fransa harada idi? 

Fransanın aldığı yeni qərarla sülhə zərbə vurur. Bu, Ermənistan və Azərbaycan arasındakı normallaşma prosesinə əngəldən başqa bir şey deyil. Fransa heç vaxt demokratiya və insan hüquqlarından yana olmamışdır. Fransanın öz keçmişi qan və göz yaşı ilə zəngindir. Onları törədikləri soyqırımlarla üzləşməyə dəvət edirəm”, - deyə Y.Subaşı qeyd edib. 

Türkiyənin Azərbaycanın hər zaman yanında olduğuna diqqət çəkən millət vəkili əlavə edib ki, Ermənistanın işıqlı gələcəyi Fransadan yox, elə, Azərbaycan və Türkiyədən keçir.

“Türkiyə dünən olduğu kimi bu gün və sabah da can Azərbaycanın yanında olacaq. Bizlər can Azərbaycanı dəstəkləməyə davam edəcəyik. Türkiyə olaraq Fransanın aldığı bu kimi qərarları yox hesab edirik və ciddi qəbul etmirik. Fransanın sabahlarla bağlı heç bir gələcəyi yoxdur. Bundan Ermənistan da dərs çıxarmalıdır. Azərbaycan və Türkiyə isə daha işıqlı gələcəklərə doğru addımlamaqdadır”, - Y.Subaşı əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin