2015-ci il yekunlaşmaq üzrədir. Tarixə qovuşmaqda olan bu il Azərbaycan üçün müsbət və mənfi hadisələrlə yadda qaldı desək, yanılmarıq. Bəs 2015-ci ili Azərbaycanın siyasi partiya sədrləri siyasətçi baxışı ilə necə dəyərləndirirlər.xa0
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn 2015-ci ilin bütün sahələrdə çox ağır il olduğunu bildirdi: “İstər siyasi, istər iqtisadi, istər sosial sahələrdə ciddi islahatlara getmək baxımından bu il fürsət buraxıldı. 2015-ci ildə seçkilər, iqtisadiyyat sahəsində ciddi islahatların olacağına ümidlər var idi. Bu ümidlər doğrulmadı, hökumət fürsəti əldən verdi.
Fevral ayında manatın ucuzlaşması ilə ölkədə ciddi iqtisadi, sosial problemlər daha da artmağa başladı. Cəbhədə ağır döyüşlər, itkilər, bina yanğınından, Günəşli yatağındakı faciədən çoxsaylı insan itkiləri 2015-ci ilin Azərbaycan üçün heç də yaxşı keçmədiyini deməyə əsas verir. Diqqət edirsinizsə, ilin başa çatmasına və yeni ilə az qalmasına baxmayaraq cəmiyyətdə bayram əhvalı hiss olunmur. Hesab edirəm ki, bu çətinliklər, nəhayət, cəmiyyəti, vətəndaşları hərəkətə gətirəcək və bu vəziyyətdən çıxış üçün fövqəladə ciddi səylərə ehtiyac var”x9d. xa0
Ümid Partiyasının sədri İqbal Ağazadə 2015-ci ilin Azərbaycan üçün ağır il olduğunu bildirdi: “Siyasi, iqtisadi, sosial sahədə gərginliklərlə yadda qaldı 2015-ci il. İlin əvvəlində 34 faizlik devalvasiya ilk dəfə iqtisadiyyatın təksektorlu xətt üzrə inkişafını təsdiqlədi və Azərbaycan manatı kifayət qədər qüvvədən düşdü. İlin sonunda ikinci devalvasiya Azərbaycan milli valyutasını MDB ölkələri içərisində, o cümlədən dünyada ən pis valyuta sırasına endirdi. Bank-maliyyə sektoru çökmüş vəziyyətdədir. Dünya bazarında neftin qiymətinin enməsinə rəğmən iqtisadiyyatın çöküş dövrü məhz bu il başladı. 2015-ci ildə qəbul edilən 2016-cı ilin dövlət büdcəsi ilk dəfə olaraq 1993-cü ildən geriyə gedən büdcə oldu. 20 milyarddan 15 milyarda doğru düşdü. Bundan əvvəlki bütün illər istisnasız olaraq büdcə artımı ilə müşahidə olunmuşdu. xa0İlk dəfə olaraq büdcə azalması müşahidə olundu. 2015-ci ildə insan haqlarının pozulması, parlament seçkilərində müxalifətin, xalqın rəyinin hesablanmaması müşahidə edildi. Bütün bunlar hamısı 2015-ci ili Azərbaycan üçün çox ağır il kimi xarakterizə etməyə imkan verir. İlin sonudur, əhalinin sosial-iqtisadi vəziyyəti ağırdır. Ölkədə psixoloji gərginlik var, vətəndaşlar nevroz vəziyyətində yaşayır, nə olacağını, harda işləyəcəyini bilmir, kütləvi şəkildə ixtisarlar var. Bu vəziyyət şübhəsiz ki, ölkədə siyasətə də təsirini göstərir. Siyasətin xammalı insandır. İnsanın halı bu gündədirsə, təbii ki, siyasətə də təsir eləyəcək”x9d.xa0
ADP sədri Sərdar Cəlaloğlu 2015-ci ili Azərbaycanın müstəqillik əldə etdikdən sonra yaşadığı ən ağır illərdən biri hesab edir: “2015 neft erasının, neftə əsaslanan siyasətin başa çatdığı il oldu. Azərbaycan yenidən 1990-cı illərin acınacaqlı dövrünə doğru məhz bu il istiqamət götürdü. Gələcək çox ciddi problemlərin əsası bu il qoyuldu. Siyasətdən tutmuş heç bir sahədə uğur olmadı. Parlament seçkiləri siyasətdə müsbətə doğru ciddi dönüş imkanı yaradırdı. Təəssüf ki, hakimiyyət bu imkanı da dəyərləndirmədi. Ölkə daxilində siyasi qüvvələr arasında məsafə bir qədər də aralandı. ABŞ-la münasibətlər bu il özünün ən pis vəziyyətinə çatdı. İqtisadi çətinliklər hələ yeni başlayıb, lakin insanlarda narazılıq görünməyən həddə çatıb. Bir sözlə, 2015 Azərbaycan üçün uğursuz il oldu. Ancaq burada ili günahlandırmaq düzgün olmazdı”x9d.xa0
Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirdi ki, 2015-ci il bir sıra önəmli məsələlərlə yadda qaldı: “Avropa oyunlarına milyardlar xərcləyən ölkədə millətin böyük əksəriyyətinn banklara ödənilməsi mümkün görünməyən borcları yaranıb. Əhalinin böyük əksəriyyətinin yarıac vəziyyətində yaşadığı ölkədə hakimiyyətin qəzəbinə tuş gələn nazirlərin hər birinin millətdən milyardlarla pul oğurladığı, eyş-işrət içində həyat sürdüyü bəlli oldu.xa0
Ötən il xa0hakimiyyətlə müxalifət arasında dialoqla da tarixə keçdi. Siyasi repressiyaların qarşısının alınması məqsədilə başlanan bu görüşlər Azərbaycanda da sivil ölkələrdə olduğu kimi milli problemlərin birgə müzakirəsi, millətin bütün gücünün problemlərin həllinə yönələcəyi haqda ümidlər yaratsa da, sonradan bəlli oldu ki, bu məsələdə də hakimiyyət yalançı bir ritorikadan uzağa gedə bilmədi, bütün razılaşmaları pozaraq seçkilər ərəfəsində görüşlərdən imtina etdilər. Əvvəlki parlamentlərdən də bütün parametrləri ilə daha biabırçı, müstəqilliyimizin xa0əleyhinə olanların əksəriyyət təşkil etdiyi bir parlament ortaya qoydular.xa0
Ötən il Qarabağ probleminin həllində də müsbət heç nə ilə yadda qalmadı. Bu məsələdə də hakimiyyətin hansısa proqramının olmadığı bəlli oldu. Manatın devalvasiyası da Azərbaycanın builki uğursuzluqları sırasında əsas yeri tutur.
Bütün bu söylənilənlərlə yanaşı xüsusilə qeyd etmək istəyirəm ki, bu kataklizmlərin sonunda xa0güclü, toparlana bilən millətlər daha güclü, daha üstün durumda olacaqlar".(musavat.com)































































































