Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid daha bir minik avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib.
Bizim.Media xatırladır ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 28-ci gündür ki, davam edir.
MÖVZU İLƏ BAĞLI:
Xankəndi-Laçın yolunda etiraz aksiyası 28 gündür davam edir
Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Bizim.Media