Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası çağırılıb.
Bizim.Media xəbər verir ki, qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov yanvarın 6-da imzalayıb.
Qərara əsasən sessiya 2023-cü il yanvar ayının 10-da saat 11:00-da başlayacaq olan iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi
3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi
4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi
Qeyd edilib ki, sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri də dəvət olunacaqlar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:08 / 06.01.2023
Naxçıvan Ali Məclisinin doqquzuncu sessiyası ÇAĞIRILDI – Bu məsələlər müzakirə olunacaq
Hazırda oxunan: Naxçıvan Ali Məclisinin doqquzuncu sessiyası ÇAĞIRILDI – Bu məsələlər müzakirə olunacaq
Hazırda oxunan: Naxçıvan Ali Məclisinin doqquzuncu sessiyası ÇAĞIRILDI – Bu məsələlər müzakirə olunacaq
113443
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.