“İran bu cür bəyanatlarla təhlükəni maqnit kimi özünə çəkir” - ŞƏRH

Hazırda oxunan: “İran bu cür bəyanatlarla təhlükəni maqnit kimi özünə çəkir” - ŞƏRH

11311

Bir müddət əvvəl ABŞ rəsmiləri nüvə proqramı ilə əlaqədar ilk addımın İran tərəfindən atılmasının vacibliyini bəyan ediblər.

Lakin İranın ABŞ-a cavabı özünü çox gözlətməyib. Ölkənin Ali lideri Əli Xamenei cavabında bəyan edib ki, ABŞ və Avropa ölkələri nüvə proqramı ilə bağlı İran qarşısında şərt qoya bilməz.

Bu hadisə ağıllarda bir çox məsələ barədə suallar yaradıb. Onsuzda illərlə sanksiyalara məruz qalan, iqtisadi cəhətdən zəifləyən İran İslam dövləti bu bəyanatla dünyaya hansı mesajı vermək istəyir.

Məsələ ilə bağlı Bizim.Media saytına danışan tarixçi Faiq Ələkbərovun fikrincə bu İranın ətrafa özünü güclü bir dövlət kimi qələmə vermək görüntüsündən başqa bir şey deyil.
 

MÖVZU İLƏ BAĞLI:

İran son bir ildə 100 milyard dollar itirib


“1979 –cu il İslam inqilabından sonra ABŞ-la İranın arasında münasibətlər hər zaman kəskin olub. İranın bu kimi bəyanatlarının mahiyyəti  əslində güclü olmaqdan daha çox müəyyən münasibətlərin kəskinləşməsində özlərinə tərəf müqabili axtarmaq xarakteri daşıyır. Yəni bütün dünyaya məlumdur ki, istər iqtisadiyyat, istər hərbi anlamda İranın ABŞ və ya Avropa ilə mübarizə aparmaq gücü yoxdur”. 

Tarixçi həmçinin İranın bu cür addım atmağının bir səbəbini də xalq içində itirilmiş nüfuzunu bərpa etmək çabalaması olduğunu düşünür.

“Bu öz tərəfdarlarına, xüsusilə şiə havadarlarına hesablanmış bir bəyanatdır. Çünki İran daima onların dəstəyi ilə müəyyən mənada özlərinin nüfuzlarını qorumaq istəyirlər. Bilirik ki, son zamanlar müəyyən mənada şiə tərəfdaşlarının dövlətə, Ali dini rəhbərə müəyyən dərəcədə inamsızlıq, narazılıq əmələ gəlib. Bu həm Suriya, həm də Qarabağ müharibəsi zamanı yarandı. Ona görə də İran bu cür bəyanatla bir növ onların könlünü almağa çalışır”.

Sonda Faiq Ələkbərov fars molla rejiminin hər an süquta uğraya bildiyini də vurğulayıb. 

“Ancaq  düşünürəm ki, bu cür bəyanatlarla indiki molla fars rejiminin ömrü uzun çəkməyəcək. Bu rejim konstruktiv olmağı bacarmır, baxmayaraq ki, bir neçə seçim islahatçı yöndən hansısa addımları atmağa çalışır. Amma kritik məqamlarda həqiqi sifətini ortaya qoyur. Bu bəyanatlar işə yaramaz, əksinə, bu cür çıxışlarla İran təhlükəni maqnit kimi özünə çəkir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin