Yanvarın 15-də Azərbaycan dövləti hərbi və mülki cinayətlərə görə, Ermənistanı Avropa məhkəməsinə verərək, onlara qarşı iddia qaldırıb.
İddiada 30 il müddətində davam edən işğal zamanı əhali və əraziyə qarşı törədilən vəhşiliklərlə bağlı sübutlar öz əksini tapıb.
Hüquqşünas, professor Fərhad Mehdiyev Bizim.Media açıqlamasında bildirib ki, Azərbaycanın Avropa məhkəməsinə qaldırdığı iddiaya cavab olaraq Ermənistan da belə bir addım atıb.
MÖVZU İLƏ BAĞLI:
“İndi bizim əsas diqqətimiz gələcəyə yönəlməlidir” – Nigar Arpadarai
“Azərbaycan hərbi və mülki cinayətlərə görə Avropa məhkəməsində Ermənistana qarşı iddia qaldırıb. Buna cavab olaraq, Ermənistan da bu iddia ilə məhkəməyə müraciət edib.
Amma burada bir nüansa da toxunmaq istəyirəm. Avropa məhkəməsində qaldırılan iddianamlərə baxdıqda, proseslərin çox uzun müddət davam etdiklərini görə bilərik.
Bu zaman məhkəmə 5 ilə qədər uzana bilir. Bundan başqa Beynəlxalq Məhkəmələr qərar verəndə diplomatik proseslərə müdaxilə etməməyə çalışırlar.
Çünki məhkəmənin verəcəyi qərar diplomatik problemdirsə, bu zaman kiminsə əlini gücləndirib, kiminsə zəiflədə bilər. Beynəlxalq məhkəmələr qərar verəndə, bu nüanslara çox diqqət verirlər”.
O, həmçinin hər bir Azərbaycan vətəndaşının Avropa məhkəməsinin nəticələrini gözləmədən bütün dünyaya erməni vandallarının törətdikləri vəhşilikləri çatdırmaq üçün əllərindən gələni etməli olduğunu da vurğulayıb.
“Lakin biz var gücümüzlə çalışmalıyıq ki, ermənilərin törətdikləri cinayətləri bütün dünyaya yayaq.
Çünki ermənilər yalan informasiya ilə dünyada təbliğat, Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Biz xüsusi olaraq bu təbliğat üçün “erməni müharibə cinayətləri 2020” adlı sayt açdıq.
Ermənilərin törətikləri vəhşilikləri, cinayətləri zamanı çəkilın görüntülərini erməni telegram kanallarına, saytlara bir sübut kimi yükləmişik”.
Vüsalə Balayeva, Bizim.Media