Xəbər verdiyimiz kimi, Laçın yolunda ekoaktivistlər və QHT nümayəndələrinin keçirdiyi aksiya artıq ilk nəticələrini verməyə başlayıb.
Belə ki, dünən separatçılar açıqlama yayaraq, “Base Metal” rəhbrəliyi ilə birlikdə Qarabağdakı yataqlarımızın qanunsuz işlənməsinin dayandırılacağını bildirib.
Bəs, aksiyalar bundan sonra da davam edəcəkmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar İskəndərov qeyd edib ki, artıq 20 günə yaxındır Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri, ekofəallar və könüllülər Laçın-Xankəndi yolu üzərində aksiyanı davam etdirirlər:
MÖVZU İLƏ BAĞLI:
Bakı Vardanyanı həbs etməyə hazırlaşır? – Son GƏLİŞMƏ
“Onların qarşısını kəsən, yolu bağlayan, Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlıları ilə üzbəüz, silahlarının qarşısında silahlarımız bayraq, güllələrimiz şüarlarımızdır. Düşünürəm ki, bütün bu aksiya, təbii ki, öz nəticəsini verəcək.
Əvvəla, həm beynəlxalq hüquq, həm də ədalət Azərbaycanın tərəfindədir. Ərazimizin yeraltı və yerüstü sərvətlərinin bir qrup quldur dəstəsi, terrorçu, cinayətkar istismar edir. Təbii ki, buna göz yuma bilmərik.
Həmin vətəndaş cəmiyyətinin nümayəndələrinin də orda olması Azərbaycan xalqının daxilindən gələn sifarişdir. Xalqımızın fikrini, sözünü, təklif və tələbini o insanlar irəli sürürlər. Qışın soyuğuna, çətinliklərə baxmayaraq, vətəndaşlarımız əsl Vətən daşına çevriliblər.
Digər tərəfdən, sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə yerləşən erməni vətəndaşlarımızın başı üzərində cinayətkar qrup var. Təbii ki, onların hər birini günahkar saymaq olmaz. Amma Vardanyan, Arutyunyan və digərləri orada xoş məramla yox, ərazimizi istismar etmək, varlanmaq eşqilə qalıblar”.
Deputatın sözlərinə görə, Vardanyan, Arutyunyan kimi terrorçuların Qarabağdan rədd olub getməsi də tələblərimizdən biri olmalıdır:
“Artıq dünəndən Vardanyanın yataqlarda işin dayandırlmasını elan etməsi, hətta sonradan BMT-dən nümayəndələrin gəlməsi kimi cəfəngiyyat sərsəmləməsi onu göstərir ki, Ruben Azərbaycan ərazisində olduğunu dərk etmir. Orada hansı işlərin görülməsi və kimlərin dəvət olunması rəsmi Bakının legitim hüququdur.
Ona görə də, təbii ki, dirənişimiz davam edəcək. Ekofəallarımızın həmin ərazilərdə ekoloji tarazılığın bərpa olunması, yataqlarımızın istismarının dayandırılması, müvafiq orqanlarımızın həmin bölgəyə baxış keçirməsi, monitorinq etməsi, Volkovun insanların qarşısına çıxaraq açıqlama verməsi və bir də oxşar halların baş verməyəcəyi ilə bağlı qarantiya verməsinə qədər aksiyamız davam edəcək.
Necə ki, artıq ilk qələbə qazanılıb, eləcə də sona kimi gedərək istədiyimiz məqsədlərə çatacağımız gün də uzaq deyil”.
Murad Əhmədov, Bizim.Media