DTX-nin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri təyin ediləcək

Hazırda oxunan: DTX-nin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri təyin ediləcək

112121

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında” fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərmana əsasən, DTX-nin rəisinə, Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və kibercinayətkarlığa qarşı mübarizə sahəsində, habelə DTX-nin (fəaliyyət istiqamətlərinə aid digər sahələrdə əməkdaşlığın səmərəliliyinin artırılması üçün mühüm əhəmiyyət kəsb edən xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Xidmətin nümayəndələrini Xidmətin təsdiq edilmiş ştat sayı çərçivəsində təyin etmək səlahiyyəti verilib.

Müəyyən edilib ki:

- Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi barədə təklifləri razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməzdən əvvəl Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılır;

- Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri öz funksiyalarını təyin olunduqları Azərbaycan Respublikasının xarici dövlətlərdəki və ya beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin tərkibində həyata keçirirlər;

- Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərcləri (maddi-texniki, maliyyə və digər təminatları) dövlət büdcəsində Xidmət üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir;

- Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərcləri ödənilir.

Nazirlər Kabineti:

- Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin diplomatik pasportla təmin olunmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

- Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş qaydalarını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin