Bakı Vardanyanı həbs etməyə hazırlaşır? – Son GƏLİŞMƏ

Hazırda oxunan: Bakı Vardanyanı həbs etməyə hazırlaşır? – Son GƏLİŞMƏ

111954

Separatçı rejimdə “dövlət naziri” vəzifəsinə gətirilən milyarder Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxarılsa da, Ermənistan vətəndaşı olaraq qalır. Yəni bu halda da Vardanyanın Qarabağa gəlməsi, hətta separatçı rejimdə vəzifə tutması belə qanuna ziddir. Belə olan halda maraqlı sual yaranır,

Ermənistan vətəndaşının Qarabağda nə işi var?  

Bizim.Media-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirir ki, Vardanyan həbs olunaraq, Azərbaycan qanunları ilə mühakimə olunmalıdır:

“Ermənistan vətəndaşının Qarabağda heç bir işi olmamalıdır. Çünki Qarabağ Azərbaycan torpağıdır. Ermənistan vətəndaşı Qarabağa ancaq pis əməllə, təcavüz niyyətilə gələ bilər. Vardanyan məsələsi məlumdur ki, Rusiyanın növbəti oyunudur.

Onu burada yerləşdirməklə Kreml Azərbaycanda əlavə problemlər yaratmaq istəyir. Rusiya vətəndaşlığından məhrum edib, Azərbaycana göndərirlər ki, gəlib burada Moskvanın siyasətini həyata keçirsin.
Hesab edirəm ki, Bakı rəsmi şəkildə Vardanyanın Azərbaycan ərazisindən çıxarılmasını tələb etməlidir. Hüquqi müstəvidə isə Vardanyanla bağlı cinayət işi qaldırılmalı və o, axtarışa verilməlidir. Həmin şəxs həbs olunub, Azərbaycan qanunları ilə mühakimə olunmalıdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin