“Azərbaycanla ABŞ arasında əməkdaşlığın perspektivləri böyükdür” – Ceyhun Bayramov

Hazırda oxunan: “Azərbaycanla ABŞ arasında əməkdaşlığın perspektivləri böyükdür” – Ceyhun Bayramov

111938

“Azərbaycanla ABŞ arasında bərabərlik, qarşılıqlı hörmət, enerji təhlükəsizliyi, beynəlxalq cinayətkarlıqla mübarizə, sülhməramlı əməliyyatlarda əməkdaşlıq qeyd olunmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın ABŞ-la münasibətlərinin prioritetləri ilə bağlı sualı cavablandırarkən bildirib.

Ceyhun Bayramov deyib ki, Azərbaycanın uğurlu enerji siyasəti Avropaya münasibətdə böyük töhfə verir:
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Ukraynaya göndərilən humanitar yardımdan danışdı 


“ABŞ-ın bu layihələrə çox böyük siyasi dəstəyi olub, ABŞ şirkətləri bu layihələrdə iştirak edib”.

Xarici işlər naziri qeyd edib ki, ABŞ və Azərbaycan arasında çox intensiv dialoq var: 

“Bölgədə davamlı sülhün təmin edilməsində vasitəçiliklə bağlı ABŞ-ın mühüm təşəbbüsləri olub. ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub, Vaşinqtonda Azərbaycan-Ermənistan sülh danışıqlarının ikinci raundu təşkil edilib. ABŞ sülh prosesinə də kifayət qədər fəal töhfə verməkdədir”.

Dövlət katibi Entoni Blinkenin il ərzində telefon zənglərini, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ-da Birləşmiş Ştatlar Prezidenti Cozef Baydenin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanla görüşünü xatırladan Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanla ABŞ arasında əməkdaşlığın perspektivləri böyükdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin