“Azərbaycan Türkiyə müttəfiqliyi uğurla davam edir” - Ceyhun Bayramov

Hazırda oxunan: “Azərbaycan Türkiyə müttəfiqliyi uğurla davam edir” - Ceyhun Bayramov

111924

“Azərbaycan və Türkiyə arasında genişmiqyaslı müttəfiqlik münasibətləri 2022-ci ildə də uğurla davam edib”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, Azərbaycanla Rusiya münasibətləri də uğurla davam edib.

“Gürcüstanla da dostluq və əməkdaşlıq gündəliyi sabit olmaqla yanaşı, pozitiv davam edib. 2022-ci ildə, həmçinin, Azərbaycanla dost, qardaş olan Mərkəzi Asiya ölkələri ilə intensiv münasibətlər oldu”, - deyə nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin