“Pensiya artıq hesablanıbsa, zərəri vəzifəli məmur ödəməlidir” – Qüdrət Həsənquliyev   

Hazırda oxunan: “Pensiya artıq hesablanıbsa, zərəri vəzifəli məmur ödəməlidir” – Qüdrət Həsənquliyev   

111899

“Bu il bizdə orta pensiyanın məbləği 363 manat idi. Növbəti il isə bu rəqəm 423 manat olacaq. Əgər pensiyaçı vəzifəli məmurla cinayət əlaqəsinə giribsə və ona artıq pensiya təyin olunubsa, təbii ki, həmin şəxs dövlətə vurulan zərəri ödəməlidir. Lakin qanun layihəsində qeyd olunub ki, artıq pensiya təyin olunmasında pensiyaçının günahı yoxdursa, son üç ildə ödənilən əlavə vəsait tələb olunacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

51 pensiyaçıya saxta sənədlə 884 min manat ödənilib – RƏSMİ AÇIQLAMA


“Əgər pensiyaçı 423 manat alacaqsa, hər ay bu vəsaitin 20 faizi tutulacaqsa, bu pensiyaçilar üçün ciddi problemlər yaradacaq. Çünki inflyasiyanın yüksək həddə olması, hətta bu il ikirəqəmli inflyasiyanın qeydə alındığı məlumdur”, - deyə deputat əlavə edib.

Millət vəkili sözügedən məsələ ilə bağlı təkliflə çıxış edib:

“Təklif edirəm ki, orta aylıq əmək haqqından daha yüksək pensiya alan şəxslərdən artıq ödənilən vəsait geri tələb edilsin. Lakin pensiyanın məbləği orta aylıq əməkhaqqından aşağıdırsa, yox. Amma vəzifəli şəxsin günahı ucbatından pensiyanın məbləği düzgün müəyyən edilməyibsə, dövlətə vurulan zərəri də həmin şəxsin özü ödəməlidir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin