“Bəyəm, bu, səndən əksik kişidir?” – Tahir Kərimlidən nazirlərə İRAD  

Hazırda oxunan: “Bəyəm, bu, səndən əksik kişidir?” – Tahir Kərimlidən nazirlərə İRAD  

111890

“Nazirə müraciət etdikdə, nəinki idarə müdiri, hansısa bölmə müdirinin müavini də məktuba cavab verir, özü də heç bir araşdırma aparmır. Bu dövlət qulluqçusunun etik davranışına yaraşırmı?”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Tahir Kərimli səsləndirib.

“Məsələn, daxili işlər nazirinə müraciət etdikdə, şəxsən özü cavab verir. Bəyəm, bu səndən əskik kişidir? Belə yaraşmaz axı. Daha əvvəl Ramil Usubovun nazir olduğu dönəmdə də bu cür idi. Belə olan halda qeyri-ixtiyari həmin şəxsə qarşı hörmət yaranır.
Başqalarında isə belə deyil. Mən çox sevinirəm ki, yüksək intellektli, etik davranış qaydalarına əməl edən kadrlar vəzifələrə təyin edilir. Amma bundan az olmayan dərəcədə digər kateqoriyadan olan dövlət qulluqçuları da var”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin