MDB sammiti heç nə ilə bitdi - Fərhad Məmmədovun ŞƏRHİ

Hazırda oxunan: MDB sammiti heç nə ilə bitdi - Fərhad Məmmədovun ŞƏRHİ

111842

Xəbər verdiyimiz kimi, dünən Sankt-Peterburq şəhərində MDB-nin qeyri-rəsmi sammiti baş tutub. Azərbaycan lideri İlham Əliyev də tədbirdə iştirak edib.

Bizim.Media xəbər verir ki, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov özünün Telegram kanalında sammitin yekunlarını şərh edib.

“MDB sammiti başa çatıb... və görünür, heç nə ilə bitib. Prinsipcə, Soçidəki sammit kimi. Üçtərəfli görüş nəinki uğursuz nəticələndi, hətta açıq ikitərəfli görüşlər də olmadı. 

Güman etmək olar ki, Rusiya Laçın yolunda yaranmış böhranı Azərbaycanla ikitərəfli formatda həll etmək istəmir, Qarabağla bağlı mövzularda üçtərəfli formatı saxlamaq üçün əlindən gələni edir.
Azərbaycan və Ermənistan prosesləri böhrana salan Rusiyadan asanlıqla imtina edir.

Eyni zamanda, Ermənistan Təhlükəsizlik Şurasının katibi Amerikanın “Azadlıq” radiosuna müsahibəsində Rusiyanın Ermənistandan bütün gözləntilərini açıqlayıb:

- Birlik Dövlətinə daxil olmaq;

- Birlik Dövlətinə daxil olana qədər hərbi yardımdan imtina;

- Zəngəzur dəhlizinin ilkin variantının rədd edilməsi.

Bunun mənası nədir?

Deməli, Qarabağ mövzusu, yəni Ermənistanın Azərbaycana ərazi iddiası hələ də Ermənistanı xarici siyasətdə məhdudlaşdırır. Paşinyan iki ildir ki, bu məhdudlaşdırıcını atmağa çalışır, lakin həmin Təhlükəsizlik Şurasının Qarabağdan olan katibinin simasında olan mühit Varçapeti Qarabağdan əl çəkməməyə inandırır və belə bir qənaət yaradır ki, vaxt onlar üçün işləyir. Bir sözlə, “Qərb bizimlədir”!

Rusiya da öz növbəsində əmindir ki, eksklüziv iştirakı ilə prosesləri bərpa edə biləcək. 

Azərbaycan istənilən ssenariyə hazırdır: həm Rusiyanın, həm də post-Rusiyanın. Rus variantında Zəngəzur və Laçın dəhlizlərinin 5 il Rusiya Federasiyasının nəzarətində olması nəzərdə tutulur. Artıq ikisi keçib.

Post-Rusiya, yaxud Qərb variantı Azərbaycan və Ermənistanın, ilk növbədə Ermənistanın öz ərazilərində subyektivliyinin artmasını nəzərdə tutur. Lakin Ermənistan Qarabağa iddialardan əl çəkməlidir.

Bu iki il ərzində Qarabağdakı vəziyyət Ermənistanın xeyrinə deyil. Amma Ermənistan rəhbərliyi yenə əlində quşu yox, göydə durnanı seçir.

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın tarixi torpaqları ilə bağlı dedikləri ərazi iddiası deyil. Yəni sülh olarsa, azərbaycanlılar öz doğma torpaqlarını, qəbiristanlıqlarını, mədəni irsini ziyarət edə biləcəklər.
Laçın yolundakı aksiya isə davam edir...”, deyə Fərhad Məmmədov yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin