“Söz azadlığıdır, İsa Qəmbər nə istəyir deyə bilər. Eyni azadlıq məndə də var və mən də nə istəyirəm deyə bilərəm. Oxucular da dinləyər, oxuyar, müqayisə edərək özləri qənaətə gələrlər ki, kim haqlıdır, kim haqsız”x9d.
Bunu Moderator-az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu Zərdüşt Əlizadə deyib.
Xatırladaq ki, Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər müsahibəsində Zərdüşt Əlizadəni yalan danışmaqda ittiham edib. İsa Qəmbər, həmçinin Z.Əlizadənin yalanlarından ibarət kitab yazacağını da eyham vurub: “Zərdüşt Əlizadə və onun kimi bir sıra insanlar var ki, ömür boyu yalan danışırlar. Bu yalanların sayı-hesabı yoxdur. Bu yalanlara cavab vermək üçün gərək kitablar yazasan. Elələrinin hər yalanına ayrıca cavab verməyə vaxtım və həvəsim yoxdur. Görünür ki, o dediyim kitablar yazılacaq”x9d.
Rumiyyəxa0































































































