Şuşa-Xankəndi yolundan bu gün növbəti dəfə sülhməramlılara aid 4 təminat və 1 minik maşını Xankəndindən Laçın istiqamətinə maneəsiz keçib.
Bizim.Media xəbər verir ki, ümumilikdə bu gün keçən maşınların sayı 7-yə çatıb.
Yeri gəlmişkən, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 15 gündür ki, davam edir.
Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:57 / 26.12.2022
Sülhməramlıların daha 5 avtomobili Laçın yolundan keçdi - FOTO
Hazırda oxunan: Sülhməramlıların daha 5 avtomobili Laçın yolundan keçdi - FOTO
Hazırda oxunan: Sülhməramlıların daha 5 avtomobili Laçın yolundan keçdi - FOTO
111659
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.