Qırğızıstan Prezidenti İlham Əliyevə ZƏNG ETDİ 

Hazırda oxunan: Qırğızıstan Prezidenti İlham Əliyevə ZƏNG ETDİ 

111469

Dekabrın 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bizim.Media xəbər verir ki, Sadır Japarov Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ölkəmizin inkişafı naminə fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Qırğızıstan Prezidentinə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı 2022-ci ildə dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib, bu il Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfərinin, Azərbaycan Prezidentinin isə Qırğızıstana dövlət səfərinin əlaqələrimizin genişlənməsinə verdiyi töhfə vurğulanıb.
Prezident İlham Əliyev dövlət səfəri zamanı nümayiş etdirilən yüksək qonaqpərvərliyə və səmimi dostluq münasibətinə görə Sadır Japarova bir daha minnətdarlığını bildirib. Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin