İƏGF Avrasiya Regional Mərkəzi İlham Əliyevi TƏBRİK ETDİ 

Hazırda oxunan: İƏGF Avrasiya Regional Mərkəzi İlham Əliyevi TƏBRİK ETDİ 

111339

Bakı şəhərində beynəlxalq təşkilat kimi diplomatik statusa malik olan İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi Beynəlxalq (İƏGF-ARM) İdarə Heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına doğum günü münasibətilə təbrik məktubu göndərib. 

Bizim.Media xəbər verir ki, məktubda prezident İlham Əliyevin İslam Əməkdaşlıq Gənclər Forumunun 2004-cü ildə Bakıda təsis olunduğu dövrdən etibarən, bu quruma, eləcə də Forumun Avrasiya Regional Mərkəzinə Azərbaycan hökuməti tərəfindən Bakı şəhərində ev sahibliyi edilməsi ilə bağlı göstərdiyi davamlı dəstəyə görə dərin təşəkkür ifadə edilib. 

“Sizin Prezident və Ali Baş Komandan kimi həyata keçirdiyiniz düzgün siyasət nəticəsində Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytara bildi. Sizin bu ili “Şuşa ili” elan etməniz haqda qərarınız bu qələbəni və dirçəlişi yaddaşlara həkk etdirdi və dünyaya daha çox tanıtdırdı.
Bu istiqamətdə İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzin həyata keçirdiyi “Show Me Azerbaijan (Mənə Azərbaycanı göstər) – Beynəlxalq Blogerlərin Şuşa Düşərgəsi” təşəbbüsü ilə 10-dan çox beynəlxalq səyyah bloger azad olunmuş ərazilərə səfər edərək Qarabağda aparılan bərpa işləri haqda dünya ictimaiyyətinin geniş şəkildə məlumatlandırılmasına öz töhfələrini verdilər” – təbrik məktubunda qeyd edilib. 

Məktubda o cümlədən, İƏGF-ARM-nin Beynəlxalq İdarə Heyəti Azərbaycan prezidentinə İƏT-də həmrəyliyə göstərdiyi dəstək və Azərbaycanın inkişafı istiqamətində fəaliyyəti ilə bağlı uğurlar arzu edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin