Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Naxçıvanda Prezidentin Səlahiyyətli Nümayəndəliyi yaradılıb.
Bizim.Media xəbər verir ki, bu gün İlham Əliyevin imzaladığı sərəncamla Fuad Vahid oğlu Nəcəfli Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi təyin edilib.
MÖVZU İLƏ BAĞLI:
Fuad Nəcəfli Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi TƏYİN EDİLDİ
Qeyd edək ki, Fuad Vahid oğlu Nəcəfli daha əvvəl 2020-ci ilin fevralında “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının üzvü olub.
Bu vəzifəsindən daha əvvəl isə o, “PAŞA Holdinq” MMC-yə daxil olan “PAŞA İnvestments” MMC-də çalışıb.
Bizim.Media