“Qardaş Azərbaycan Sizin bacarıqlı və qətiyyətli rəhbərliyiniz sayəsində regionda və möhkəmlənməkdə olan türk dünyasında getdikcə daha mühüm rol oynayır”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
MÖVZU İLƏ BAĞLI:
Dağıstan, Tacikistan və Belarus liderləri İlham Əliyevi təbrik etdi
O bildirib ki, Belarusun da iştirakçısı olduğu Qoşulmama Hərəkatında uğurlu sədrlik Bakıya beynəlxalq nüfuz və dərin hörmət qazandırıb:
“Bizim görüşlərimizi həmişə məmnunluqla xatırlayıram. Aramızda dostluq və etimad əsasında yaranmış şəxsi münasibətləri, konstruktiv ünsiyyəti və hər ikimizin sıx qarşılıqlı faydalı əməkdaşlığa can atmağımızı yüksək dəyərləndirirəm”.
Bizim.Media