Prezidentdən ANAMA ilə bağlı FƏRMAN

Hazırda oxunan: Prezidentdən ANAMA ilə bağlı FƏRMAN

111022

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin tərkibi genişləndirilib.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi”ndə edilən dəyişiklikdə əksini tapıb.

Fərmanla Agentliyin İdarə Heyətinin üzvlərinin sayı artırılaraq 4 edilib. Əvvəl isə Agentliyin İdarə Heyətinin tərkibi 3 (üç) üzvdən ibarət idi.

Digər dəyişikliklə isə İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını birinci müavini, birinci müavini müvəqqəti olmadıqda isə İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirəcək.
Bundan əvvəl isə İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin