“Azərbaycan və Serbiya bir-birinin ərazi bütövlüyünü dəstəkləyir” - Aleksandar Vuçiç 

Hazırda oxunan: “Azərbaycan və Serbiya bir-birinin ərazi bütövlüyünü dəstəkləyir” - Aleksandar Vuçiç 

110917

"Biz bütün əməkdaşlıq formalarını müzakirə etdik. Bizim aramızda güclü və səmimi dostluq var. Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı döndərmək mümkün deyil. Bunu etmək mümkün deyil. Heç kimin belə bir əməli etmək imkanı yoxdur, ya da onların üzərində bunu etmək üçün təzyiq yoxdur". 

Bizim.Media xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurası yaradılır - VİDEO


“Biz bir-birimizin ərazi bütövlüyümüzü dəstəkləyirik. Bu, belə olmuşdur və belə də olmağa davam edəcək.

Mən Prezident Əliyevə minnətdaram, çünki o, bizim ölkənin ərazisində asayışin qorunması, BMT Nizamnaməsinin tələblərinin müdafiə olunması ilə bağlı üzləşdiyimiz çətinlikləri dəqiqliklə bilir. Həmçinin ondan bilikləri və gələcək haqqında bir çox məsələləri öyrəndiyimə görə də ona minnətdaram. Çünki, mən bizi gələcəkdə nələrin gözlədiyini daha real, daha ciddi şəkildə görə bilirəm”, - deyə Serbiya Prezidenti əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin