“Məişət zorakılığının bu qədər çox olmasının səbəblərindən biri də bizim mentalitetimiz və ailə dəyərlərimizdir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında səsləndirib.
“Qadınların iqtisadi müstəqilliyinin aşağı səviyyədə olması da boşanmalara ciddi təsir göstərir”, - deyə deputat əlavə edib.
Millət vəkili məişət zorakılığının qurbanları üçün sığınacaqların azlığına da diqqəti cəlb edib:
“Biz narkomanların əksəriyyətini cinayətkar kimi qiymətləndirərək, həbsə göndəririk. Eyni zamanda məişət zorakılığına məruz qalan şəxslər üçün sığınacaqların sayı da azdır. Ölkəmizdə cəmi iki sığınacaq yaradılıb. Qanunvericiliyə görə, bu tip sığınacaqlar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən yaradılmalıdır. Lakin bu istiqamətdə vəziyyət heç də qənaətbəxş deyil”, - deyə deputat vurğulayıb.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:00 / 20.12.2022
“Məişət zorakılığına məruz qalanlar üçün sığınacaqlar azdır” – Deputat
Hazırda oxunan: “Məişət zorakılığına məruz qalanlar üçün sığınacaqlar azdır” – Deputat
Hazırda oxunan: “Məişət zorakılığına məruz qalanlar üçün sığınacaqlar azdır” – Deputat
110593
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.