Hazırda Yaxın Şərqdəki erməni diasporu ilə bağlı məruzə hazırlayırıq. Məruzəni gələn ilin fevralınadək başa çatdırmağı planlaşdırırıq.
Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev deyib.
Fərid Şəfiyev bildirib ki, mərkəz belə araşdırma məruzələrini xarici beyin mərkəzləri ilə birlikdə hazırlayır.
“44 günlük Vətən müharibəsi, Azərbaycanın mədəni irsinin dağıdılması, adibələrimizin ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı dolğun araşdırmalarımız var. Tədqiqatlarımızın istiqamətlərindən biri də erməni diasporu ilə bağlıdır. Bizim Fransa, Argentina və Rusiyadakı erməni diasporu ilə bağlı araşdırma məruzələrimiz artıq ictimaiyyətə təqdim olunub.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin öz işini ölkə gündəmindəki məsələlərə uyğun olaraq qurduğunu diqqətə çatdıran BMTM-in İdarə Heyətinin sədri vurğulayıb ki, xarici ölkələrdəki beyin mərkəzləri ilə əməkdaşlığa xüsusi önəm verilir.
“Biz birgə məruzələr hazırlayır, araşdırmalar aparır, müvafiq tədbirlərdə iştirak edirik. Fəaliyyətimizin əsas istiqamətlərindən biri də xarici ekspertlərlə işləmək, təcrübə mübadiləsi aparmaqdır”, - deyə Fərid Şəfiyev qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:36 / 19.12.2022
Yaxın Şərqdəki erməni diasporu ilə bağlı məruzə hazırlanır
Hazırda oxunan: Yaxın Şərqdəki erməni diasporu ilə bağlı məruzə hazırlanır
Hazırda oxunan: Yaxın Şərqdəki erməni diasporu ilə bağlı məruzə hazırlanır
110451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.