Azərbaycan və NATO yeni birgə sənəd üzərində işləyir

Hazırda oxunan: Azərbaycan və NATO yeni birgə sənəd üzərində işləyir

110424

“NATO və Azərbaycan uzun illərdir qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsini davam etdirir”. 

Bizim.Media xəbər verir ki, bunu apa.az-a müsahibəsində NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib. 

“Biz qüvvələrimizin qarşılıqlı fəaliyyət qabiliyyətinin gücləndirilməsi və meydana çıxan təhlükəsizlik çağırışlarının həlli üçün praktiki əməkdaşlığa əsaslanan sıx tərəfdaşlığı davam etdiririk. 

Biz COVID-19 pandemiyasından əvvəlki dövrün əməkdaşlıq səviyyəsinə artıq geri qayıtmışıq və Azərbaycan Missiyasındakı həmkarlarımızla birlikdə bizi gələcək illər üçün iddialı kursa yönəltməli olan Fərdi Tərəfdaşlıq Proqramı (və ya ITPP) adlı yeni çərçivə sənədinin hazırlanması üzərində işləyirik”, - xüsusi nümayəndə qeyd edib. 
Xavyer Kolomina Azərbaycana bir daha təşəkkür edib:

“Mən bir daha Əfqanıstanda NATO-ya verdiyi dəstəyə, xüsusilə də keçmiş Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri və Qətiyyətli Dəstək Missiyamıza qoşun töhfələrinə, eləcə də Azərbaycan bölmələrinin 2021-ci ilin avqustunda Kabil hava limanından müttəfiqlərin və tərəfdaşların şəxsi heyətinin, risk altındakı əfqanların təxliyə edilməsi səylərinin dəstəklənməsində oynadığı rola görə, Azərbaycana minnətdarlığımızı bildirmək istəyirəm”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin