Vardanyandan MÜHARİBƏ ÇAĞIRIŞI – “Xalqın qəzəbindən qurtulmaq üçün təxribatlara əl atacaqlar”

Hazırda oxunan: Vardanyandan MÜHARİBƏ ÇAĞIRIŞI – “Xalqın qəzəbindən qurtulmaq üçün təxribatlara əl atacaqlar”

110421

Erməni mətbuatının yazdığına görə, separatçıların “dövlət naziri” Ruben Vardanyan Ağdərə və Xocavənddə ermənilərlə görüşərək, təxribat xarakterli çıxışlar edib.

Vardanyan Azərbaycanın Laçın yolunu “bağlı saxladığı” bir şəraitdə Qarabağ ermənilərinin iki yolu olduğunu qeyd edib. Erməni oliqarx “ya təslim olmaq, ya da mübarizə, müharibə aparmaq” variantlarının olduğunu bildirib. 

Separatçı rejimin “dövlət naziri” soydaşlarını mübarizəyə səsləyərək “Azərbaycana qarşı savaş aparmaq üçün birləşmək” lazım olduğunu vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ruben Vardanyan Qarabağda “Base Metal” zavodunda erməniləri müharibəyə çağırdı: “Döyüşə hazır olun”


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Amid Əliyev bildirir ki, Vardanyanın sözügedən açıqlaması ermənilərin sərhəddə və ya sülhməramlıların nəzarətindəki ərazilərdə Azərbaycana qarşı təxribatlara hazırlaşdığına işarədir:

“Ermənilər yaxşı bilir ki, Azərbaycan başladığı aksiyanı sona qədər davam etdirəcək. Başa düşürlər ki, Azərbaycan tutduğu yoldan dönməyəcək. Sonda ermənilər bir masa arxasında əyləşib Azərbaycanın şərtlərini qəbul etməlidirlər. Əks halda, təxribatlarını artıracaqlar. Gözlənilir ki, yaxın zamanlarda ermənilər sərhəddə, yaxud da sülhməramlıların nəzarətində olan ərazilərdə Azərbaycana qarşı təxribatlar törətsin. Lakin bunun nəticəsində Azərbaycanın cavabı ilə qarşılaşacaqlar. 

Artıq iki ildən çox vaxt keçib. Amma 10 noyabr bəyannaməsinin 4-cü bəndi bu günə qədər icra olunmayıb.

Aksiyalar davam etdikcə Qarabağda yaşayan ermənilərin separatçı rejimə qarşı qəzəbi, təzyiqi artacaq. Bu insanların həmin qəzəbinin qarşısını almaq üçün də Vardanyan təxribatlara əl ata bilər. Azərbaycan tələb edir ki, qarət edilən yataqların istismarı dayandırılsın, bu işləri həyata keçirənlər cəzalandırılsın. Bunu isə ermənilər və onlara dayaq olan Rusiyadakı biznes dairələri istəmir. Belədə Vardanyan yeganə yolu təxribat yaratmaqda görür. 

Ona görə də müharibə anonsunu verməklə insanları sanki qabaqcadan həmin prosesə hazırlayır” - deyə Amid Əliyev bildirib. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin