"Görün bu, vandalizmin hansı dərəcisidir ki..." - Hikmət Hacıyev 

Hazırda oxunan: "Görün bu, vandalizmin hansı dərəcisidir ki..." - Hikmət Hacıyev 

11035

Cəbrayıl və Zəngilana səfərin təşkilində məqsəd Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən törədilmiş vəhşiliyi, vandalizmi diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin şəxsən görmələri üçün şərait yaratmaqdır.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin Xudafərin körpüsünə səfəri zamanı jurnalistlərə açıqlamasında söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Göz yaşlarımı saxlaya bilmədim" - Cəbrayılda səfərdə olan səfir 


Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan özünü sivil dövlət adlandırır və sivil siyasət yürütdüyünü söyləyirdi:

"Bu dağıntılar isə Ermənistanın əsl mahiyyətini göstərir. Bu işğal siyasəti müstəmləkəçilik siyasəti ilə müqayisə olunacaq bir vəhşilikdir. Hər yer tamamilə dağıdılıb, məhv edilib.

Azərbaycan xalqına aid nə var idisə, dağıdılıb. Bizimlə bu səfərdə müharibə müxbiri və fotoqrafı kimi dünyanın müxtəlif bölgələrində çalışmış mütəxəssislər də iştirak edirlər.

Hətta dünyanın hər hansı başqa münaqişə zonasında qəbiristanlıqların dağıdılması hallarına çox nadir rast gəlinir.

Görün bu, vandalizmin hansı dərəcisidir ki, qəbirlər, qəbir daşları, hətta qəbirin içindəki sümüklər belə dağıdılıb. Biz Cəbrayılda bunun bir daha şahidi olduq”. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin